Korrupsiya həm də online oyun olur

Arxiv foto


Rusiyada kompyuter oyunları proqramçıları online “Korrupsiya” oyunun da layihəsini hazırlayıblar. Layihə bu il oktyabrın 4-dən 7-ə qədər keçiriləcək növbəti illik sərgidə - İqroMir – 2012-də nümayiş olunacaq.

Sərgidə qoyulan stenddə qeyd edilir ki, bu, çox sayda iştirakçının eyni zamanda rola girib online oynaya biləcəyi bir əyləncə vasitəsi olacaq: “Oyunçular eynilə real həyatda olduğu kimi rüşvət, satınalma, üstünə getmə kimi fəndlərlə özlərinin məqsədlərinə nail olmağa çalışacaqlar. Bütün korrupsiya sxemi, rüşvətxorlar, qurbanlar maksimal dərəcədə real həyata yaxınlaşdırılıb.

Məsələn, əvvəldə oyunçular həkimi, dövlət yol polisi işçiləri kimi personajlarla üz-üzə gətirilir, bu kimi məişət səviyyəli korrupsiya oyununda bacarıqlarını sınayırlar. Sonrakı mərhələlərdə isə vəziyyət mürəkkəbləşdirilir. Burada oyunçular, məsələn, deputat kürsüsü uğrunda mübarizə aparmalı, başqa korrupsionerlərlə birlikdə özünün şəbəkəsini yaratmalı olur. Onlar zənginləşmək və hakimiyyəti ələ almaq üçün öz komandalarını genişləndirməli olurlar.”

Müəlliflər Rusiya mediasına bildiriblər ki, buna bənzər kompyuter oyunu nə xarici ölkələrdə, nə də Rusiyada hələ ki, yoxdur.