-
Amerikada seçici qadınları ən çox nə düşündürür? Bu nədir ki, Barack Obama və Mitt Romney tənqidçi qadın seçicilərin səsini almaq üçün mübarizə aparırlar?
Hər iki namizəd cidd-cəhdlə qadınların rəğbətini qazanmaq istəyir. Bloqqer Joanne Bamberger deyir:
«ABŞ-da seçicilərin əksəriyyəti qadındır. Qadınlar ötən üç, dörd, beşinci prezident seçkiləridir ki, həlledici səsə sahibdirlər. Onlar elektoratın 51 faizini, aktiv olaraq seçkiyə gedənlərin 50 faizdən çoxunu təşkil edirlər. Beləliklə, istənilən milli kampaniyada namizədlər bilirlər ki, qalib gəlmək üçün kimlərin səsini qazanmalıdırlar».
2008-ci il prezident seçkisinə qatılan seçicilər arasında qadınlar kişilərdən 10 milyon çox olublar. Əksəriyyəti də Obama'ya səs verib.
Hər iki namizədin bütün vacib ştatlarda güclü dəstəyi var. Obama 52 faizlə qabaqdadır. Ölkə üzrə qadınlar arasında hazırkı ABŞ prezidenti 29 faizlə irəlidədir.
Siyasi psixoloq, radio şousunun aparıcısı Martha Burk qadınların narahat edən məsələlərdən danışır:
«Qadınları nə qayğılandırır? Ailə vəziyyətinə görə ödənişli məzuniyyət, təhsil, bərabər ödəniş və bu kimi şeylər. Demokratlar bu barədə düşünürlər»
DEMOKRATLAR QADINLARIN DAMARINI TUTA BİLİR
Demokratlar sosial məsələlərdə daha çox liberaldır. Qadınlar isə sosial problemlərdə kişilərdən daha çox liberal olmağa meyllidirlər. Qadınlar daha az pul qazanırlar, cəmiyyətin bir çox hissəsində onlar diskriminasiyaya məruz qalırlar, sosial müdafiə şəbəkəsindən daha çox asılıdırlar.
Respublikaçılar heç də demokratlar kimi eyni dərəcədə sosial müdafiə şəbəkəsini dəstəkləmir. Bu səbəbdən qadınlar tarixən demokratlara səs verirlər. Çünki onların demokratların dəstəklədiyi xidmətlərə ehtiyacları var.
Amma bu o demək deyil ki, respublikaçılar buna qarşıdırlar. Sadəcə, onlar çoxlu pul xərcləmək istəmirlər. Demokratlar isə bu «xəsisliyi» qadınlara zərbə kimi qiymətləndirirlər.
İKİ NAMİZƏD ARASINDA FƏRQ
Bu seçkidə Obama və Romney arasında kəskin fərqlər var.
Obama'nın prezident kimi ilk addımı bu oldu ki, o, iş yerində qadınlarla kişilərə bərabər ödənişi dəstəkləyən qanun layihəsini imzaladı. Amma Senatda respublikaçılar layihəyə mane oldular. ABŞ-da qadınlar orta hesabla kişilərdən 22 faiz az qazanırlar.
Obama qadınların abort hüququnu, ailə planlaşdırılmasının maliyyələşməsini dəstəkləyir. Romney isə bu maliyyəni
kəsərdi.
ROMNEY İQTİSADİ İSLAHAT VƏD EDİR
Romney'i dəstəkləyən, Manhetten İnstitutunun iqtisadçısı Diana Furchgott-Roth deyir ki, Romney’in iqtisadi planı qadınlara istənilən dövlət proqramından daha çox yardım edəcək. Ondan soruşanda ki, qadınlar üçün ilk üç problemin adını çəksin, onun cavabı belə oldu:
- İqtisadiyyat, iqtisadiyyat, iqtisadiyyat.
Qadınlar ölkə iqtisadiyyatının vəziyyətindən çox narahatdırlar. Onlar ailə üzvlərinin işdən çıxarıldığını görürlər, özlərini potensial işsiz sayırlar.
Furchgott-Roth deyir ki, Romney'in iqtisadi siyasətinin mərkəzində dayanan vergi sisteminin islahatı iqtisadi yüksəlişə və yeni iş yerlərinin yaradılmasını vəd edir. Xərclərin azaldılması dövlət borclarına təsir edəcək.
Bloqqer Joanne Bamberger isə hesab edir ki, Romney’in əleyhinə olduğu məsələlər qadınlar üçün elə iqtisadi məsələlərdir:
«Sənin ödənilən məzuniyyət olmasa – axı, uşaqlardan hansısa biri xəstələnə bilər - deməli, işdən qovulacaqsan. Bu da qadınlar üçün iqtisadi məsələdir».