-
Elədir ki, var. Aylıq icarəsi azı 5 min manat olan obyekt heç üçaylıq kirayə puluna da satılmır. Ümumi sahəsi 170 kvadratmetrdir, üstəlik, şəhərin tam mərkəzində - Kukla Teatrının yaxınlığında yerləşir, amma hərracda 15 min manatdan satışa çıxarılacaq.
Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsindəki məlumata görə, hərrac dekabrın 25-də keçiriləcək. Əziz Əliyev küçəsi, 5 ünvanında yerləşən bu obyekt əvvəllər «incəsənət» mağazası olub. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyində olan keçmiş təsərrüfat hesablı mağaza 2002-ci ildən icarəyə verilib.
«BURANI HEÇ KİM ALA BİLMƏZ…»
3 ildir burada dünyanın məşhur «Donna Karan New York» (DKNY) geyim mağazası yerləşir. Bu mağaza «RAR» MMC-yə məxsusdur.
«Bu mülk elə bir adamındır ki, buranı heç kim ala bilməz».
Bunu «RAR» MMC-nin mühasibi deyir. Əlavə edir ki, mağaza satışa çıxarılsaydı, onların da xəbəri olardı.
«RAR» MMC-nin Bakıda «GANT», «Kalvin Klein», «Lacoste», «Miss sixty», «Caractere» kimi mağazalar şəbəkəsi var.
«QALİBİ ÖNCƏDƏN BƏLLİ HƏRRACLAR...»
Aylıq icarəsi 5 min manat olan obyekt nədən 15 min manata satılır?
Əmlak Məsələləri üzrə Dövlət Komitəsində AzadlıqRadiosunun suallarını cavablayan tapılmadı. Komitənin mətbuat xidmətinin rəhbəri günboyu telefonu qaldırmadı.
Özəlləşdirmə üzrə ekspert Hafiz Babalı deyir ki, belə hərraclar formal xarakter daşıyır. O qeyd edir ki, hərrac keçirilməzdən öncə özəlləşdirmə komissiyası mülkü bazar qiymətinə uyğun dəyərləndirməlidir. Bu obyektin bazar qiyməti isə ən azı bir neçə milyondur.
H.Babalı bu mülkə hansısa oliqarxın gözü düşdüyünü və ya artıq çoxdan alınan mülkün rəsmiləşdiriləcəyimi deyir:
«Təxminən 4-5 il əvvəl Azadlıq Prospektində 150 kvadratmetrlik qeyri-yaşayış obyekti hərraca çıxarılmışdı. Hərracda iştirak etmək üçün əvvəlcə sifariş blankı almaq lazımdır. Bu blankı alana qədər mən Ramiz Mehdiyevədək müxtəlif vəzifəli şəxslərə müraciət etdim. Son nəticədə hərracda iştirak hüququ qazandım. Beh ödədim və digər prosedur qaydalarını keçdim. Amma hərrac başlayınca mülkün satıldığı bildirildi və qalib elan olundu. Elə dedikləri qiymətə də mülkü satdılar. Yəni, belə hərraclarda qalib əvvəlcədən məlum olur. Bu, sadəcə bir formal bir prosesdir ki, keçirirlər».
Azərbaycanda sərbəst mülkiyyət bazarında təzadlı bir durum var. Bir kəndlinin şaftalı ağacına 2500 manat əvəzinə 8 manat verirlər, Bakının tam mərkəzində böyük sahəsi və dəyəri olan obyekti heç 3 aylıq kirayə puluna da satmırlar.