Azərbaycan Ordusunda növbəti faciə
Sizin brauzer HTML5-i dəstəkləmir
Əsgər hərbi xidməti başa vurmasına 22 gün qalmış bıçaqlanaraq öldürülüb
Azərbaycan Ordusunda növbəti əsgər faciəsi yaşanıb. Hadisə Dövlət Sərhəd Xidmətinin Lənkəranda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb.
2011-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış, 1993-cü il təvəllüdlü Həsənov Firəddin Əlfi oğlu vəfat edib. Öncə yaxınlarına övladlarının hansı səbəbdən və hansı şəraitdə vəfat etməsi barə