Cümə günü Rusiyada məhkəmə keçmiş polis zabitini jurnalist Anna Politkovskayanın qətlində iştirakda günahlı sayıb və onun 11 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. İttihama görə keçmiş zabit Dmitri Pavlyuçenkov jurnalistin hərəkət marşrutlarını izləyib və qatilə silah verib.
Hökmə görə keçmiş polis zabiti jurnalistin ailəsinə də 3 milyon rubl – təxminən 98 000 dollar pul ödəməlidir.
Pavlyuçenkov məhkəmədə çıxışında Politkovskayanın ailəsindən üzr istədiyini bildirib:
Jurnalistin qətlinə görə 5 nəfər ittiham olunur. Dmitri Pavlyuçenkovun işi qalanların işinin istintaqından ayrılmışdı.
Vladimir Putinin komandasına qarşı korrupsiya ittihamları ilə tanınan və Kremlin Çeçenistan siyasətinin sərt tənqidçisi olan Anna Politkovskaya 2006-cı ilə oktyabrın 7-də Moskvada evinin girişində güllələnərək öldürülmüşdü. O, Rusiyada çox azsaylı müstəqil media orqanlarından olan “Novaya Qazeta”nın əməkdaşı idi.