Müftilərə korrupsiya ittihamı elan edilib

Arxiv foto: Müfti Çubak Hacı Calilov paytaxt Bişkəkdə Ramazan bayramı münasibətilə çıxış edir. 10 sentyabr 2010


Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi iki tanınmış din xadiminə qarşı korrupsiya ittihamı irəli sürüldüyünü bildirir. Komitə cümə günü bildirib ki, Çubak Hacı Calilov və Ralhmatulla Egemberdiyev hələ oktyabrın sonundan vergidən yayınma ittihamları ilə istintaqa cəlb ediliblər. Amma yayılan rəsmi məlumatda din xadimlərinin konkret hansı xarakterli korrupsiya əməllərində ittiham edildikləri aydın olmur.

Qırğızıstan müftisinin səlahiyyətlərini icra edən Egemberdiyev isə AzadlıqRadiosunun qırğız xidmətinə deyib ki, əslində hökumət bununla dekabrın 15-də keçiriləcək Dini Şuraya seçkilərə təsir etmək istəyir.

Çubak Hacı Calilov da Qırğızıstanın Baş müftisi olub. Amma bu yay saxtakarlıq və korrupsiya ittihamları üzləşdiyindən o vəzifəsindən istefa verib.

Son üç ildə Qırğızıstanda 5 müfti dəyişib.

2010-cu ilin aprelində prezident Kurmanbek Bakiyevin hakimiyyətdən devrilməsi ilə nəticələnmiş kütləvi etiraz aksiyalarından sonra o zamankı müfti Muratali Hacı Cumanovu naməlum adamlar oğurlayıb döymüşdülər. Sonradan müfti aldığı yaralardan vəfat etdi.