-
ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Dunja Mijatović Azərbaycanda iki jurnalist və bir bloqqerin həbsdən buraxılmasını alqışlayıb.
«Bu, çoxdan gözlənilən addım idi və jurnalistlər üçün daha yaxşı mühitin yaradılmasına yardım edəcək. Onlar barmaqlılar arxasına salınmaq qorxusu olmadan işləyə bilməlidirlər», Mijatović deyib.
Prezident İlham Əliyev dekabrın 26-da 86 məhbusun əfvinə dair fərman verib. Onların arasında iki jurnalist – İranın «Səhər» televiziyasının müxbiri Anar Bayramlı və «Xural» qəzetinin bölgə müxbiri Aydın Canıyev də var. Tanınmış bloqqer Taleh Xasməmmədov da əfv olunanlar arasındadır.
«Ümid edirəm bu tərifəlayiq addımdan sonra daha çox iş görüləcək. Həbsdə olan bütün jurnalistlər buraxılmalıdır», Mijatović bildirib.
Mijatović bu yaxınlarda Bakıya səfəri zamanı «Xural» qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı, müstəqil jurnalist Fərəməz Novruzoğlu (Allahverdiyev), Xəyal TV-nin icraçı direktoru Vüqar Qonaqov və «Talışı Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədova baş çəkib.