-
Bakıətrafı kəndlərin sakinləri üçün bura «mərkəz»dir. İndiki «Koroğlu», keçmiş «Məşədi Əzizbəyov» metrostansiyasına çatdınsa, «şəhər»dəsən. Düzdür, Bakı kəndlərinin yaşlı sakinlərinə görə, buralar yerli-dibli dəyişib. Ancaq deyəsən, bir-iki ilə hələ çox dəyişiklik olacaq.
«KOROĞLU» ƏTRAFINDA OLİMPİYA TİKİLİLƏRİ
2015-ci ildə Bakıda Avropa Olimpiya Oyunları keçiriləcək. Hazırda şüşə piramidalı metrostansiyası ilə üzbəüz Milli Gimnastika Arenası tikilir.
Aeroportdan Bakıya doğru – Heydər Əliyev prospektinin sağında, illərdir tikintisi gedən yeni binalarda olimpiya kəndi salına bilər. Söhbət haqqında müxtəlif söz-söhbət gəzən və ən yüksək dairələrə məxsusluğu söylənən təzə tikililərdən gedir.
Bu hələ harasıdır? Metrostansiya yaxınlığında 65 minlik stadion - Böyük Şor olimpiya stadionu qurulur. Milli Olimpiya Komitəsindən bildirirlər ki, stadionun tikintisi cədvələ uyğun aparılsa da, Tofiq Bəhramov adına stadion ehtiyat variant sayılır.
AzadlıqRadiosunun əməkdaşlarını tikinti meydançasına buraxmırlar. Türkiyənin «Tekfen Construction» şirkətinin işçisi çəkilişin qadağan olduğunu deyir. Ancaq orada olduğumuz bir neçə dəqiqə ərzində əraziyə daxil olan iritonnajlı maşınların ardı-arası kəsilmir. Bu maşınların üzərində SOCAR və «MSD Tikinti Quraşdırma» şirkətlərinin loqoları var.
Bircə onu öyrənə bilirik ki, Böyük Şor gölünün qurudulması davam edir, eyni zamanda bəzi yerlərdə tikinti-quraşdırma işləri başlanıb.
STADİONA İŞ DALINCA
49 yaşlı Yusif Kərimov qaynaqçıdır, buraya iş tapmaq ümidiylə gəlib. Deyir, bundan əvvəl Tofiq Bəhramov stadionunun təmir-tikinti işlərinə cəlb olunub:
– Dedilər CV-nizi ofisə verin. Görək nə iş verirlər. Amma içəri buraxmadılar.
Ətrafda yaşayanlar ərazidə iki-üç aydır gecə-gündüz iş getdiyini deyirlər. İmaş Qurbanov gördüklərini danışır:
– Torpaq tökürlər, armatur torlar toxuyurlar. Oranı artıq bağlayıb qadağan zonasına çeviriblər. Səhərədək işləyib gölü doldururlar. İşlər azalıb, qurtar-qurtardadır. Bir aya, məncə, göl tamam qurudulacaq. Amma iş gedir.
BÖYÜK ŞORUN EVLƏRİ VƏ TULLANTILARI
Deyəsən, «Eurovision -2012» yarışması kimi, Olimpiya oyunları da sadə vətəndaşlara asan başa gəlməyəcək. Azərbaycanın işğal olunmuş bölgələrindən, eləcə də digər rayonlardan bəzi sakinlər 1990-cı illərin əvvəllərindən buraya sığınıb, özünə ev-eşik qurub. Beləcə, Sabunçuda Böyük Şor massivi salınıb. Buradakı evlər əsasən 1-2 mərtəbəlidir. Yaraşıqlı evlərlə yanaşı, iri zibilliklər də diqqət çəkir. Sakinlər tullantının hər gün daşındığını söyləməyi də unutmurlar.
Onlar da Heydər Əliyev prospektinin sakinləridir. Özləri belə deyirlər. Ancaq səksəkə içindədirlər. Evləri yerləşən ərazidən olimpiya stadionuna yol çəkiləcəyini eşidiblər. Ərazidə ölçmə işləri aparılır, ancaq haraya köçürüləcəkləri barədə onlara bir söz deyən yoxdur.
DİVAR YAZILARI
1993-cü ildə Füzulidən qaçqın düşmüş İmaş Qurbanov deyir ki, min-bir əziyyətlə özünə ev qurub, on nəfərlik də ailə saxlayır:
– Gəlib evləri uçota salırlar, baxırlar neçə kvadratdır.
– Ancaq bir məlumat verən yoxdur. Bir adam çıxıb demir ki, haraya köçəcəksiniz.
– Bələdiyyədən, icra hakimiyyətindən gəlib baxıblar. Amma nə vaxt söküntü olacaq, yerdəyişmə olacaq, onu demirlər.
– Kimi deyir yanvarda gedəcək, kimi deyir fevralda, kimi də avqustda. Gərək bir nümayəndə çıxa deyə ki, ay camaat, başınıza bir çarə qılın.
Bir gün əvvəl – fevralın 6-da massivdə ölçmə işləri aparılıb, indi evlərin divarlarında bu qeydləri görmək olar: «Yoldan 3 m aralı», «392 m», «11.5 m» və s.
Rafael Babayev plana düşən küçəni göstərir:
– Nağd bildiyim odur ki, buraya kimi söküləcək. Başqa bir evə köçürməsinlər bizi, əziyyətlə ev tikmişik, evimizin dəyərini versinlər, yenə bir ev tikərik.
«AZƏRBAYCAN GÖZƏLLƏŞSİN, ANCAQ BİZİ İNCİTMƏSİNLƏR»
Gədəbəy rayonundan gəlmiş Arzu Abdullayev hökumətin öz vətəndaşına yiyə duracağına inanır:
Qonşusuna etiraz edən bu qadın isə adının çəkilməsini istəmir.
AEROPORT YOLUNUN SAĞ-SOLUNDAKI BİNALAR...
Sabunçu rayon icra hakimiyyəti də köçürülmə məsələsində elə Böyük Şor massivi sakinləri qədər məlumatlıdır. İcra hakimiyyətinin şöbə müdiri Ədalət Teymurov:
– Yenidənqurma işləri ilə bağlı oralar plandadır, dövlət səviyyəsində tədbirdir. Üstəlik, «Azərsu» Səhmdar Cəmiyyətinin də ərazidən böyük su xətti keçir, onunla da bağlı ola bilər. Dəqiq məlumatımız yoxdur, amma ümumilikdə bildiyimiz budur ki, aeroport yolunun sağ-solundakı bütün köhnə binaların yerində müasir binalar tikiləcək, amma bu gün kiminsə ordan köçürülməsi nəzərdə tutulmayıb.
– O binalar təxminən 10-20 ilin binalarıdır.
– Siz elə deyirsiniz, ancaq hər hansı şəhərsalma prinsipinə zərrə qədər uyğunluğu varsa, sizlə şərikəm. Oranın kanalizasiya, işıq, qaz sistemi kortəbii şəkildə çəkilib.
Ədalət Teymurov, hələlik, əraziylə bağlı rəsmi qərar olmadığını, sadəcə, ilkin variant kimi, vətəndaşlar arasında müəyyən işlər aparıldığını vurğulayır.
«ÖMÜRBOYU TƏZƏBİNƏ OLACAĞIQ?»
Füzuli köçkünü Veysəl Qurbanovun dövlətdən istədiyi budur:
– Sökəcəklərsə, söksünlər, ancaq bizi dəllalların əlinə verməsinlər. Pul, ya da ev versinlər. Deyirlər evləri hissə-hissə sökəcəklər ki, pul verməsinlər, camaatı hərəni bir yerə dağıtsınlar. Camaat özünə yurd-yuva qurmalıdır da. Biz elə ömürboyu qaçqın olacağıq? 20 ildir Füzulidən qaçmışıq, buradan hara qaçacağıq? Ömürboyu elə təzəbinə olacağıq?
Bakıətrafı kəndlərin sakinləri üçün bura «mərkəz»dir. İndiki «Koroğlu», keçmiş «Məşədi Əzizbəyov» metrostansiyasına çatdınsa, «şəhər»dəsən. Düzdür, Bakı kəndlərinin yaşlı sakinlərinə görə, buralar yerli-dibli dəyişib. Ancaq deyəsən, bir-iki ilə hələ çox dəyişiklik olacaq.
«KOROĞLU» ƏTRAFINDA OLİMPİYA TİKİLİLƏRİ
2015-ci ildə Bakıda Avropa Olimpiya Oyunları keçiriləcək. Hazırda şüşə piramidalı metrostansiyası ilə üzbəüz Milli Gimnastika Arenası tikilir.
Aeroportdan Bakıya doğru – Heydər Əliyev prospektinin sağında, illərdir tikintisi gedən yeni binalarda olimpiya kəndi salına bilər. Söhbət haqqında müxtəlif söz-söhbət gəzən və ən yüksək dairələrə məxsusluğu söylənən təzə tikililərdən gedir.
Bu hələ harasıdır? Metrostansiya yaxınlığında 65 minlik stadion - Böyük Şor olimpiya stadionu qurulur. Milli Olimpiya Komitəsindən bildirirlər ki, stadionun tikintisi cədvələ uyğun aparılsa da, Tofiq Bəhramov adına stadion ehtiyat variant sayılır.
AzadlıqRadiosunun əməkdaşlarını tikinti meydançasına buraxmırlar. Türkiyənin «Tekfen Construction» şirkətinin işçisi çəkilişin qadağan olduğunu deyir. Ancaq orada olduğumuz bir neçə dəqiqə ərzində əraziyə daxil olan iritonnajlı maşınların ardı-arası kəsilmir. Bu maşınların üzərində SOCAR və «MSD Tikinti Quraşdırma» şirkətlərinin loqoları var.
Bircə onu öyrənə bilirik ki, Böyük Şor gölünün qurudulması davam edir, eyni zamanda bəzi yerlərdə tikinti-quraşdırma işləri başlanıb.
STADİONA İŞ DALINCA
– Dedilər CV-nizi ofisə verin. Görək nə iş verirlər. Amma içəri buraxmadılar.
Ətrafda yaşayanlar ərazidə iki-üç aydır gecə-gündüz iş getdiyini deyirlər. İmaş Qurbanov gördüklərini danışır:
– Torpaq tökürlər, armatur torlar toxuyurlar. Oranı artıq bağlayıb qadağan zonasına çeviriblər. Səhərədək işləyib gölü doldururlar. İşlər azalıb, qurtar-qurtardadır. Bir aya, məncə, göl tamam qurudulacaq. Amma iş gedir.
BÖYÜK ŞORUN EVLƏRİ VƏ TULLANTILARI
Deyəsən, «Eurovision -2012» yarışması kimi, Olimpiya oyunları da sadə vətəndaşlara asan başa gəlməyəcək. Azərbaycanın işğal olunmuş bölgələrindən, eləcə də digər rayonlardan bəzi sakinlər 1990-cı illərin əvvəllərindən buraya sığınıb, özünə ev-eşik qurub. Beləcə, Sabunçuda Böyük Şor massivi salınıb. Buradakı evlər əsasən 1-2 mərtəbəlidir. Yaraşıqlı evlərlə yanaşı, iri zibilliklər də diqqət çəkir. Sakinlər tullantının hər gün daşındığını söyləməyi də unutmurlar.
Onlar da Heydər Əliyev prospektinin sakinləridir. Özləri belə deyirlər. Ancaq səksəkə içindədirlər. Evləri yerləşən ərazidən olimpiya stadionuna yol çəkiləcəyini eşidiblər. Ərazidə ölçmə işləri aparılır, ancaq haraya köçürüləcəkləri barədə onlara bir söz deyən yoxdur.
DİVAR YAZILARI
– Gəlib evləri uçota salırlar, baxırlar neçə kvadratdır.
– Ancaq bir məlumat verən yoxdur. Bir adam çıxıb demir ki, haraya köçəcəksiniz.
– Bələdiyyədən, icra hakimiyyətindən gəlib baxıblar. Amma nə vaxt söküntü olacaq, yerdəyişmə olacaq, onu demirlər.
– Kimi deyir yanvarda gedəcək, kimi deyir fevralda, kimi də avqustda. Gərək bir nümayəndə çıxa deyə ki, ay camaat, başınıza bir çarə qılın.
Bir gün əvvəl – fevralın 6-da massivdə ölçmə işləri aparılıb, indi evlərin divarlarında bu qeydləri görmək olar: «Yoldan 3 m aralı», «392 m», «11.5 m» və s.
Rafael Babayev plana düşən küçəni göstərir:
– Nağd bildiyim odur ki, buraya kimi söküləcək. Başqa bir evə köçürməsinlər bizi, əziyyətlə ev tikmişik, evimizin dəyərini versinlər, yenə bir ev tikərik.
«AZƏRBAYCAN GÖZƏLLƏŞSİN, ANCAQ BİZİ İNCİTMƏSİNLƏR»
Gədəbəy rayonundan gəlmiş Arzu Abdullayev hökumətin öz vətəndaşına yiyə duracağına inanır:
– Yəqin, hökumətimiz bir tədbir görər, xalqını, millətini çölə atası deyil ki. Bizə, Azərbaycana xoşdur. Bu tədbirlər ölkəmizin fəxridir. Bakımız gözəlləşir.
– Azərbaycan gözəlləşsin, bunu istəməyən kor olsun, ancaq bizi də incitməsinlər. İl yarımdan çoxdur bacımgilin evləri sökülüb, 80 ailə qalıb ortada, hələ də gedib-gəlirlər. Bizi də incitməsinlər.