Konsulluq işlərində rüsumlar

-



Şikayətlər üçün ünvanlar-keçid

ŞİKAYƏT ÜÇÜN ÜNVANLAR

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

Qaynar Xətt: 161
Tel: (994 12) 492 04 65
Email: office@commission-anticorruption.gov.az

​Korrupsiya və rüşvətdən şikayətlər üçün başqa ünvanlar.
DÖVLƏT RÜSUMU HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDAN ÇIXARIŞ
RÜSUMUN MƏBLƏĞİ


Maddə 16. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
16.1. Pasportların və vizaların verilməsinə görə:
16.1.2. Ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə; 55 ABŞ dolları
16.1.3. ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə; 40 ABŞ dolları
16.1.4. xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə; 4 manat
16.1.5. səfirliklərə və konsulluqlara vizaların verilməsinə dair göstərişlərin göndərilməsinə görə; 4 manat
16.1.6. şəxsi dəvətlə, işgüzar və kommersiya işləri ilə əlaqədar dövlət və ictimai-siyasi təşkilatlar və eləcə də xarici iqtisadi fəaliyyətlə məşğul olan özəl strukturların müraciəti ilə adi giriş vizalarının rəsmiləşdirilməsinə görə (3 gündən 3 ayadək müddətə):
16.1.6.1. birdəfəlik giriş vizası; 50 ABŞ dolları
16.1.6.2. ikidəfəlik giriş vizası; 100 ABŞ dolları
16.1.7. Qanunla müəyyən edilmiş hallarda 1 il müddətinə çoxdəfəlik giriş-çıxış üçün giriş vizalarının rəsmiləşdirilməsi üçün 350 ABŞ dolları
16.1.8. Turistlərin (yalnız turist vauçeri və ya turist göndərişini təqdim edənlərə şamil olunur) və şəxsi kontraktla təhsil alan tələbələrin vizalarının rəsmiləşdirilməsi üçün
20 ABŞ dolları
16.1.9. tranzit vizaların rəsmiləşdirilməsi üçün:
16.1.9.1. adi tranzit viza; 20 ABŞ dolları
16.1.9.2. ikidəfəli tranzit viza; 40 ABŞ dolları
16.2. Vətəndaşlıq məsələlərilə əlaqədar sənədlərin rəsmiləşdirilməsinə görə:
16.2.1. vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə; 150 ABŞ dolları
16.2.2. vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə. 400 ABŞ dolları
16.3. VVAQ məsələlərinə dair konsulluq əməliyyatlarına görə:
16.3.1. nikahın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə; 40 ABŞ dolları
16.3.2. boşanmanın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə; 40 ABŞ dolları
16.3.3. qanunla müəyyənləşdirilmiş qaydada itkin düşmüş və ya ruhi xəstəlik nəticəsində və ya cinayət əməli törətdiklərinə görə 3 ildən artıq müddətə məhkum olunmuş şəxslərə boşanmanın qeydə alınmasına görə;
10 ABŞ dolları
16.3.4. adın, soyadın, ata adının dəyişdirilməsinə (nikahla əlaqədar olan hallar istisna olmaqla) dair materialların rəsmiləşdirilməsinə görə;
50 ABŞ dolları
16.3.5. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında arxiv materiallarına əsasən təkrar şəhadətnamələrin verilməsinə görə;
40 ABŞ dolları
16.3.6. doğum, ölüm, nikah və boşanma haqqında akt qeydlərində dəyişikliklərin, düzəlişlərin, əlavələrin edilməsi və akt qeydlərinin bərpa olunması ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə;
20 ABŞ dolları
16.3.7. xarici ölkələrin VVAQ orqanları tərəfindən nikahın qeydə alınması məqsədilə subaylıq haqqında arayışın verilməsinə görə.
30 ABŞ dolları
16.4. Sənədlərin sorğu əsasında alınmasına görə:
16.4.1. sənədlərin sorğu əsasında alınmasına görə (hər sənəd üçün):
16.4.1.1. Azərbaycan Respublikasında; 4 manat
16.4.1.2. ölkə xaricində. 25 ABŞ dolları
16.5. Sənədlərin leqallaşdırılmasına görə:
16.5.1. Azərbaycan Respublikasında 4 manat
16.5.2. xarici ölkədə 50 ABŞ dolları
16.6. Notariat hərəkətlərinin aparılmasına görə:
16.6.1. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən avtonəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən vəkalətnamələrin notariat təsdiqinə görə;
50 ABŞ dolları
16.6.2. müxtəlif şəxslərdən və idarələrdən poçt yolu ilə daxil olmuş pul vəsaitlərinin, bağlamaların, korrespondensiyaların bank idarələrindən alınması və ona sərəncam verilməsi barədə vəkalətnamələrin təsdiqinə görə;

25 ABŞ dolları
16.6.3. müqavilələrin və əqdlərin notariat təsdiqinə görə:
16.6.3.1. əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə;
75 ABŞ dolları
16.6.3.2. qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə; 150 ABŞ dolları
16.6.3.3. avtonəqliyyatın özgəninkiləşdirilməsinə dair müqavilənin təsdiqinə görə; 100 ABŞ dolları
16.6.3.4. sair müqavilələrin təsdiqinə görə; 50 ABŞ dolları
16.6.4. təhsil, əmək, VVAQ sənədlərinin surətini, həmçinin bu sənədlərdən çıxarışların təsdiq edilməsinə görə; 20 ABŞ dolları
16.6.5. Azərbaycan Respublikasının vətəndaşlarının diplomatik nümayəndəliklərdə və konsulluqlarda saxlanılan əmlak və maliyyə sənədlərinin surətlərinin və onlardan çıxarışların verilməsinə görə;
20 ABŞ dolları
16.6.6. imzaların həqiqiliyinin notariat təsdiqinə görə (hər sənəd üçün); 60 ABŞ dolları
16.6.7. sənədin tərcüməsi və eyni zamanda tərcümənin düzgünlüyünün notariat təsdiqinə görə (hər səhifə üçün):
— xarici dillərdən; 20 ABŞ dolları
— xarici dillərə; 40 ABŞ dolları
16.6.8. qəyyumun təyin edilməsinə dair aktın tərtib edilməsinə görə; 50 ABŞ dolları
16.6.9. əmlakın idarə edilməsinə dair qəyyumun hesabatının təsdiq edilməsinə görə; 50 ABŞ dolları
16.6.10. vərəsəlik əmlakının siyahısının tərtib edilməsinə və bu əmlakın mühafizə olunması üçün qəbul edilməsinə görə; 100 ABŞ dolları
16.6.11. maraqlı şəxslərin xahişinə əsasən təqdim edilmiş siyahı əsasında əmlakın yoxlanılmasına görə; 100 ABŞ dolları
16.6.12. vəsiyyətnamənin notariat təsdiqinə görə; 100 ABŞ dolları
16.6.13. miras qoyanın xahişinə əsasən vəsiyyətnaməyə hər hansı dəyişikliklərin və əlavələrin edilməsinə görə; 100 ABŞ dolları
16.6.14. vəsiyyətnamənin konsulluqda saxlanmasına görə; 100 ABŞ dolları
16.6.15. konsulluğun vəzifəli şəxsi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə;
200 ABŞ dolları
16.6.16. malların və digər əmlakın satışına görə; 100 ABŞ dolları
16.6.17. konsulluqda sənədlərin (vəsiyyətnamə istisna olmaqla) saxlanmasına görə; 20 ABŞ dolları
16.6.18. pulun, qiymətli kağızların və sair qiymətli əşyaların (miras istisna olmaqla) saxlanmasına görə (hər ay üçün); 50 ABŞ dolları
16.6.19. əmlakın və pul məbləğlərinin aidiyyəti üzrə çatdırılması üçün 6 aylıq müddətədək ümumi depozitə qəbul edilməsinə görə (hər ay üçün);
50 ABŞ dolları
16.6.20. icra qeydlərinin aparılmasına görə; 30 ABŞ dolları
16.6.21. sənədlərin diplomatik poçtla hüquqi şəxslərin ünvanına göndərilməsinə görə;
100 ABŞ dolları
16.6.22. xarici dövlətin bayrağı altında üzən gəminin yüklənməsi və ya boşaldılmasına dair şəhadətnamənin, digər arayışların və bəyannamələrin verilməsinə görə.
50 ABŞ dolları
16.7. Digər konsul əməliyyatlarına görə. 20 ABŞ dolları


Maddə 13-1. Müvafiq sənədə apostil verilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
Müvafiq sənədə apostil verilməsi 10 manat

Şikayətlər üçün ünvanlar-keçid

ŞİKAYƏT ÜÇÜN ÜNVANLAR

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

Qaynar Xətt: 161
Tel: (994 12) 492 04 65
Email: office@commission-anticorruption.gov.az

​Korrupsiya və rüşvətdən şikayətlər üçün başqa ünvanlar.
RÜSUMDAN AZAD OLUNMALAR

Maddə 17. Azərbaycan Respublikasında və ya Azərbaycan Respubilkasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

17.1. Aşağıdakı hallarda bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumu alınmır:

17.1.1. diplomatik pasport almaq üçün;

17.1.2. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında mülki, ailə və cinayət işlərində hüquqi yardım haqqında, alimentlər haqqında, pensiya haqqında və övladlığa götürmə məsələləri haqqında müqavilələrə uyğun olaraq bu ölkənin səlahiyyətli orqanlarının və ayrı-ayrı vətəndaşlarının sorğusuna əsasən sənədlərin tələb olunub alınmasına görə;

17.1.3. dövlət nümayəndə heyətinin tərkibində xarici ölkələrə ezam olunan şəxslərin pasport və digər gediş sənədləri rəsmiləşdirildikdə;

17.1.4. Azərbaycan Respublikasının xeyrinə əmlakın bağışlanmasına dair müqavilələrin və vəsiyyətnamələrin təsdiq edilməsinə görə;

17.1.5. Azərbaycan Respublikasının gəmi, hava və digər nəqliyyat vasitələrinin heyət üzvlərinin, habelə vətəndaşlarının ölümündən sonra qalmış əmlakının mühafizəsinə görə.

17.2. Bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumları Azərbaycan Respublikasına gələn aşağıdakı əcnəbilərdən alınmır:

17.2.1. dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslərdən;

17.2.2. Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edənlərdən;

17.2.3. dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlərdən;

17.2.4. müdafiə xətti ilə səfər edənlərdən.

17.3. Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin hər birindən vizanın rəsmiləşdirilməsinə və ya onun etibar müddətinin artırılmasına görə dövlət rüsumu tutulur.

17.4. Bu Qanunun 16.6-cı maddəsində göstərilən dövlət rüsumundan əlavə vərəsələr və miras qoyanlar daşınmaz vərəsəlik əmlakının mühafizəsi üçün, otaq icarəsi, mühafizəsi, nəqliyyat, ezamiyyət, poçt, dəftərxana və sair faktiki xərcləri ödəyirlər.

17.5. Sənədlərin saxlanılması və qəbulu zamanı ehtimal olunan saxlama müddətinə görə dövlət rüsumu əvvəlcədən ödənilir və tamamlanmamış ay tamamlanmış ay kimi nəzərə alınır.

17.6. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində dövlət büdcəsinə köçürülür.

17.7. Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan, pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan və ya xarici ölkələrdən deportasiya edilən Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.

17.8. Xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq edilir.

ÖDƏNMƏ QAYDASI

Maddə 4. Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları

4.1. Dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə ödənilir.
Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin («ASAN xidmət» mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür.

ASAN xidmət» mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərə görə ödənilən dövlət rüsumlarının 30 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin və həmin mərkəzlərdə fəaliyyət göstərən digər dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür.

4.2. Az.R-in 3 dekabr 2004-cü il tarixli Qanunu ilə çıxarılmışdır.

4.3. Dövlət rüsumları milli valyutada nağd elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsiylə və ya köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank qəbzinin əsli bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsiylə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank sənədi bank və ya poçt sənədi verilir.

4.4. Bu Qanunla dövlət rüsumunun məbləği xarici valyutada nəzərdə tutulduğu hallarda dövlət rüsumu Azərbaycan Respublikası ərazisində ödənildikdə ödəniş tarixinə Milli Bankın Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun yalnız manatla ödənilir.

Xarici ölkədə dövlət rüsumu həmin ölkənin valyutası ilə tutulur.

4.5. Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, bütün hallarda dövlət rüsumu tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

4.6. Dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur.

------

6.2. Dövlət rüsumunun məbləğləri barədə məlumat müvafiq xidmət göstərən dövlət orqanının olduğu binanın (otağın) görünən yerində lövhədə yerləşdirilməlidir.

ŞİKAYƏT ÜÇÜN ÜNVANLAR

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

Qaynar Xətt: 161
Tel: (994 12) 492 04 65
Email: office@commission-anticorruption.gov.az

​Korrupsiya və rüşvətdən şikayətlər üçün başqa ünvanlar.


RÜSUMUN GERİ QAYTARILMASI QAYDASI

Maddə 5. Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması qaydaları

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır:

5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə;
5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə;

5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə.

5.2. Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır.

5.3. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 45 gün müddətində ona qaytarılır.

5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər.

5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.