-
Giley-güzar edən Qubada ünvanlı sosial yardım ala bilməyən Ceyhun Məmmədovdur. Deyir, ayda bir dəfə sənədlərini toplayıb rayon Sosial Müdafiə Mərkəzinə yollansa da, hər dəfə ondan rüşvət istəyirlər:
«Keçən il ünvanlı sosial yardım almışam, 6 ayını da onlara bağışlamışam. Bu il vermirlər, qabaqcadan 200-300 manat istəyirlər. Verməyəndə bəhanələr gətirirlər, lazımsız sənədlər tələb edirlər. Etirazımıza da qulaq asan yoxdur. Deyirlər gedin kimə istəyirsiniz şikayət edin».
«İSTƏMİRƏM HÖKUMƏTİN BELƏ YARDIMINI»
Namiq Kərimov da ünvanlı sosial yardımdan yararlana bilməyənlərdəndir. Deməsinə görə, rüşvət verməyəndə, o qədər sənəd istəyirlər ki, adam o sənədləri yığmaqdansa hökumətin yardımından imtina etmək barədə düşünməli olur:
«İki il almışam, hər dəfə də 6 aylığını onlara vermişəm. Rüşvət verməyəndə süründürürlər, deyirlər get o sənədi gətir, get bu sənədi gətir. Bu başdan da 250-300 manat istəyirlər. Bu pulu 6 ay aldıqlarından əlavə istəyirlər. Pul verməyə imkanım yoxdur, ona görə də istəmirəm hökumətin belə yardımını. 3 uşağım var, bir anam, bir də yoldaşım. Heç yerdə işləmirəm, nə mal-qaram, nə torpaq sahəm var. Yoxsul bir ailəyik».
««QAİ»DƏN KAĞIZ GƏTİR, «TORPAQ»DAN KAĞIZ GƏTİR...»
Tələb olunan sənədlərin çoxluğundan gileylənənlərdən bir də Rəhimə Musayevadır:
- Biri torpaq üçün kağız istəyir, biri «QAİ»dən (Dövlət Yol Polis İdarəsi) kağız istəyir. Heç nəyimiz yoxdur. Deyir iyunda gəl, iyunda gedirəm, deyir sentyabrda gəl, hər dəfə də icra nümayəndəliyinə 10-15 manat verib, arayış alırıq. Gedib «QAİ»dən kağız da gətirmişəm, görür istədiyi sənədi tapıb gətirirəm, onda da deyir, şəxsiyyət vəsiqənin müddəti keçib, nə vaxt təzəsini alarsan, onda gələrsən. Get-gəl, get-gəl, kağızlar yığılıb qalıb.
- Nə vaxtsa ünvanlı sosial yardım almısınız?
- Heç bir dəfə də almamışam. Ailədə 9 nəfərik, iş yoxdur, heç yerdən gəlirimiz də yoxdur. Gözləyirik ki, bəlkə bizə bir yardım edərlər. 9 nəfər nə yesin, necə dolansın? Deyirlər ki, 6 ay bizimdir, 6 ay sənin. Dedim, olsun, ancaq sənəd yığmağa imkanım yoxdur».
«BU YARDIM ACLAR ÜÇÜNDÜRSƏ...»
Rəhimə Musayeva daha sonra da deyir:
«Bu ünvanlı yardım ac olanlar üçündürsə, niyə bu qədər süründürürlər. Yox, o kresloda oturanlar üçündürsə, bu, başqa məsələ. Sənədləri yığıb vermişəm, düzdür, hələ konkret məbləğ istəməyiblər, deyiblər gələrsən, nə lazımdır deyərik sənə. Ancaq məndən sonra gedənlərdən pul alıb düzəldiblər».
TƏK ƏLDƏN SƏS ÇIXSAYDI...
Qubanın başqa sakini Elza Əhmədova isə ünvanlı sosial yardımı rüşvət vermədən almaq üçün əhalinin birləşməsini təklif edir:
«Bu, həmişə belə olub. Sosial yardımın 6 ayı onların olub, 6 ayı bizim. Hər yerdə vəziyyət belədir. Mən neyləməliyəm, bir mənim deməyimlə deyil ki. Tək əldən səs çıxsaydı, nə vardı ki... Mən tək o sözü desəm, sözümə baxan da olmayacaq. Çünki güc birlikdədir. Bu ünvanlı yardım ona görə verilməlidir ki, kənd yeridir, heç kəsin işləməyə yeri yoxdur. İşləməyə qüvvəm var, ancaq iş yeri yoxdur».
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial yardımların təşkili sektorunun müdiri Orxan İskəndərov isə bu deyilənlərlə razılaşmır:
«Gileylənənlər o adamlardır ki, onlara ünvanlı sosial yardım düşmür. Gəlir, sənədlərini təqdim edir, komissiya araşdırır ki, bu adamın əmlakı var və sair, ona ünvanlı sosial yardım təyin edilmir. Belə adamlar da sonradan söz-söhbətlər yayırlar».
Orxan İskəndərov Quba rayon Sosial Müdafiə Mərkəzində 1 il əvvəl kadr dəyişikliyi aparıldığını, keçmiş direktorunun işdən çıxarıldığını, yerinə Cavanşir Məmmədovun təyin olunduğunu bildirdi.
TƏLƏB EDİLƏN SƏNƏDLƏRİN HANSISI QANUNİ, HANSISI QANUNSUZDUR?
Hüquqşünas Namizəd Səfərov isə ünvanlı sosial yardım üçün tələb olunan sənədlərdən danışır:
«Qanunla tələb olunan sənədlər bunlardır: Ailədə həddi-buluğa çatmamış uşaqların doğum haqqında şəhadətnamələri, ailə tərkibi haqqında arayış, iş yerindən əməkhaqqı haqqında arayış, işləmirsə, yaşadığı ərazi üzrə Məşğulluq Mərkəzindən arayış, yaşadığı ərazi üzrə MİS, yaxud icra nümayəndəliyindən arayış və bir də yaşadığı ərazi üzrə Sosial Müdafiə Mərkəzinə ərizə. Mənzilin Çıxarışının ünvanlı sosial yardımla heç bir əlaqəsi yoxdur. Belə bir sənədin tələb olunması qanunsuzdur və süründürməçilik məqsədi daşıyır».
«Dedilər 6 ayı sənin, 6 ayı bizim, razılaşdım, ancaq üstündən 1 il keçdi, nə kart gəldi, nə də sosial yardım. İndi də deyirlər mart ayında sənədləri qəbul etməyə başlayacaqlar. Ailə üzvlərimiz atam, anam, yoldaşım, mən, bir də iki yaşında uşağımdan ibarətdir. Bu yaxınlarda bir övladım da dünyaya gələcək. Heç birimiz işləmirik, yaşayışımız çox çətindir, bir köhnə evimiz var, başqa heç nəyimiz yoxdur».