-
Bloqqer Etibar Salmanı aprelin 9-da Baş Prokurorluğun Ağır cinayətlər üzrə istintaq idarəsində 6 saata yaxın dindirilib.
Bu barədə AzadlıqRadiosuna o özü məlumat verib. Dediyinə görə, ona N!DA ilə bağlı bəzi suallar verilib:
«Məni N!DA-nın fəaliyyəti ilə bağlı 6 saata yaxın sorğu-sual etdilər. Mən də bildirdim ki, N!DA-çı deyiləm və bu hərəkatdan 1 ildən çoxdur ki, istefa verib çıxmışam. Bundan başqa, N!DA-ya 2 milyon dollar qrant verilməsi məsələsini soruşdular. Dedim, o hərəkatda olduğum müddətdə biz heç yerdən qrant almamışıq. Sonrakı dövrdə isə mənim heç bir şeydən xəbərim yoxdur. İstintaq sirrini yaymayacağımla bağlı sənədə imza atmışam, çox şeyləri deyə bilmirəm. Sonra mənə replə bağlı suallar verdilər. Dedim, mən reper də deyiləm. Dedilər ki, bağışla, səni reper Camal Əli ilə səhv salmışıq».
Etibar Salmanlı deyir ki, onu Səbail rayon Polis İdarəsi 39-cu polis bölməsinin sahə müvəkkili istintaq idarəsinə dəvət edib.
Bloqqer bu müddət ərzində hər hansı təzyiq və ya zorakılıqla üzləşmədiyini deyir.
N!DA Vətəndaş Hərəkatının 7 üzvü - Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı həbsdədir.
Onlara CM-nin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. Barələrində 3 aylıq həbs qərarı verilib.
İttiham sübuta yetirilərsə, onlar 5 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilərlər.