-
Heydər Əliyevdən sonrakı saylarda Elmarın baş yazılarının əsas qəhrəmanı yox idi. Daha dərindən araşdıranda yazdığı sətirlərin arasından onun yeni qəhrəmanının cizgilərini görürsən.
…Heydər Əliyevdən sonrakı qəhrəmanının tam portretini yarada bilmədi... Bəlkə də onun ölümünə fərman verən də məhz o yarımçıq qalmış portret idi...
Şahbaz Xuduoğlu
ELMAR
Bu yazı Elmarın doğum gününə həsr olunur.
2005-ci ilin 3-cü ayında, axşam saat 9-da, 9 mərtəbəli binanın 3-cü mərtəbəsində, mənzilinə 3 pillə qalmış, Sənə 7 güllə atdılar, 3-cü ölümcül oldu.
Ad gününə 3 ay qalmışdı, 37 yaşın içindəydin.
***
Bizim dostluğumuzun uzun tarixi yox idi, ilk görüşümüz 96-cı ildə, “Monitor” təzə-təzə nəşrə başlayan vaxtlarda olmuşdu. Sonradan seyrək görüşlərimiz olurdu - tədbirdən-tədbirə. O qədər tədbir həvəsində olan adam da deyildi, toplantılardan, şüarçılıqdan qaçırdı.
Sıx ünsiyyətimiz Şüvəlan təcridxanasından başladı; 2001-ci il sentyabrın 17-də mən, 24-də Elmar qəzetlərimizdə çap olunan yazılara görə tutulduq. O, 34, mən isə 36-cı kamerada saxlanırdıq, divar qonşusuyduq. Gəzintilərdə görüşürdük, bir də divarı döyəcləməklə bir-birimizdən hal-əhval tuturduq.
Onda Montenin «Təcrübələr»i və Bibliya var idi.
Məndəsə Konnetinin “Kütlə və hakimiyyət”i, bir də Quran.
Vəkillərimiz hər gün yanımıza gəldiyindən təcridxananın girəcəyindəki gözləmə otağında da görüşürdük. Imkan yaradılanda ayaqüstü süfrə açırdıq. Qısa, lakin dadlı yeyib-içməklər vəkillərimizin fədakarlığı sayəsində baş tuturdu.
Onun müdafiəçisi Etimad idi.
Mənimkisə Səyyad.
Təcridxanada gündəlik yazırdıq, hər dəfə də axtarış edib götürürdülər. Ordan çıxandan sonra kasıb vaxtımızda rəisə qonaqlıq verdik ki, bizim gündəlikləri qaytarsın. Söz verdi, gündəliklərsə gəlib çıxmadı.
Bir dəfə gecə saat on bir radələrində kameramın qapısı açıldı, iki yekəpər dalımca gəldiklərini dedilər. Bu, kamera yoldaşlarım üçün çox gözlənilməz oldu, hamı yerindəcə donub qaldı; çünki, adətən bu vaxtlar kameranın ağzı aşılmırdı. Qollarıma qandal vurub kameradan, sonra da korpusdan çıxardılar. Özümlə bir əşyamı belə, götürməyə imkan vermədilər.
Ağlına min cür fikir gəldi. Bircə ona çalışdım ki, daxilən özümü sakit saxlayım, həyəcanımı boğum. Gecə, zülmət qaranlıq, hava isə soyuq; bu vaxtadək üzünü belə, görmədiyin şəxslər səni əlində qandal harasa aparır.
Şüvəlanda bir neçə korpus var, bunlar saxlama şəraitinə görə, bir-birindən tam fərqlənir. Məni şəraiti dözülməz olan, həm də ağır cinayətlər üstündə saxlanılanların korpusuna gətirib 50-ci kameraya saldılar. Kamera 8 nəfərlik olsa da, içəridə 17 nəfər var idi. Məhbuslar fitil yandırıb çay qoydular. Qısa tanışlıqdan sonra xahiş etdim, Elmarla maraqlansınlar. “Ksiva” gəldi: onu da bu korpusdakı qonşu kameraya gətiriblər. Elmardan da məlumat gəldi ki, salamatlıqdı.
Əslinə baxsan, heç nə baş verməmişdi, sadəcə, bizim yerimizi dəyişmişdilər, amma niyə məhz gecə saat 11-də və belə həyəcanlı?
Səhər müəyyən etdik ki, bizi sadəcə qorxutmaq istəyiblər.
Nə yaxşı ki, qorxutmaq istəyiblər...
Bu kameralar işgəncəydi: yatmağa yer yox, məhbus çox, tavandan döşəksiz dəmir yatacaqların üstünə tökülən yekə-yekə taxtabitilər…
Taxtabitilər adamın üstünə cücü işığa gedən kimi gəlir. Məhbusların əl-ayağı didik-didik olmuşdu.
Bu taxtabiti məsələsi Elmarı çox narahat etmirdi: “Əşşi, yel qayadan nə aparar ki!” – deyirdi.
«El, deyirlər, İslam Səfərli quzulara diri kabab kimi baxırdı, indi bu taxtabitilər də sənə yağlı tikə kimi baxır,» - deyirdim.
Beləcə zarafatlaşardıq…
Şüvəlana tək-tək aparılmışdıq, ordan üçümüz birlikdə çıxdıq - Şahlar, Elmar, mən. O, mənə “xlebnik”, mən isə ona El deyirdim…
Elmarın dəfn günü bir qadın oxşama deyirdi, “Elmarsız qalan Elim hey!”
***
Birlikdə Gürcüstana, Türkiyəyə, Rusiyaya səfərlərimiz olurdu. İstanbulu çox sevirdi: “Mən rusdilliyəm, amma burada özümü Rusiyadakından daha rahat hiss edirəm”.
Bizi İstanbulda həmişə dostum Erol qarşılayardı. Elmarın qətlindən dərhal sonra telefonuma “sms”i gəldi: “Şahbaz, gözlərimə inana bilmiyorum, televizyonda seyr etdim, bu Elmarmı?” (Mən hələ də bu “sms”ə cavab yazmamışam). Ardınca daha bir türkiyəli ortaq dostumuzdan (o, Bakıda da olmuşdu, bərabər şam edəndən sonra gecə Elmarı evinə aparmışdıq) “sms” aldım: “Mən o vaxt demək istədim ki, axı niyə bu bloka bir işıq qoymursunuz, Elmar maşından düşüb gedəndə, o böyüklükdə nəhəngi, elə bil qaranlıq uddu”.
Hardansa gürcü dostu Malxas da xəbər tutmuşdu – Elmarın dəfnində artıq yanımızdaydı.
***
Həbsdən sonra bir az praqmatik olmuşdu. Altı il nişanlı qaldığı xanımla evləndi - ailə qurdu, “Monitor”u bərpa elədi, Aslan dünyaya gəldi.
Az keçmədi anasını itirdi. Anası yeni il bayramında rəhmətə getdi, bayramlarının rəngi dəyişdi.
Ailəsinə olmazın bağlı idi. Ata evindən ayrılmamışdı - atası, bacısı ilə bir damın altında yaşayırdı. Səfərlərdə bütün ailə üzvlərini nəzərə alırdı.
Adətimiz idi. Gürcüstandan çaxır, Rusiyadan şirniyyat, Türkiyədən əyin-baş alardıq.
Rusiyadan və Gürcüstandan aldıqlarımız evə gəlib çıxmazdı...
İstanbulda nəsə alanda o başdan bölgünü elə aparırdı ki, evdə azacıq da olsa, narazılıq yaranmasın.
***
Dostlarına, əməkdaşlarına aşırı dərəcədə diqqətli idi.
Eynulla təyyarə limanında saxlanılanda səhərədək yatmadan beynəlxalq təşkilatları ayağa qaldırdı.
Bir dəfə Zakir ondan İstanbuldan gödəkcə almağı xahiş etmişdi, bütün günü çarşıları dolandı, axır ki tapdı.
“Çap evi”nin işıqları söndürüləndə orda çıxan qəzetlərin hərəsi bir tərəfə dağıldı, təkcə Elmar kimdənsə borc tapdı (sonradan hissə-hissə ödədik), generator aldıq, mətbəə generatorla düz bir ay qəzetləri çap etdi.
“Freedom House”un nümayəndəsi generatorun tüstüsündə itmiş mətbəəni görəndə heyrətə gəlmişdi: “Siz nə edirsiniz, mən belə şey heç yerdə görməmişəm”. Qonaq Vyanaya qayıdandan sonra da hər həftə zəng edib mətbəədəki durumla maraqlanırdı.
Çoxlu planları vardı: anasından sonra anası kimi baxdığı bacısının həyatını qurmaq, qardaşını həbsdən azad etmək, sonra isə atasını da götürüb ayrı mənzildə yaşamaq istəyirdi. Aslanın təhsili ilə bağlı indidən planlar qururdu.
Parlament seçkilərinə qədər gündəlik qəzet buraxacaqdı. Malxasla “Cənubi Qafqaz” qəzetinin projesini də müzakirə edirdi.
Hamısı yarımçıq qaldı.
***
Boyu 180 sm- dən hündür, çəkisi 120 kq-dan ağır idi, «Çəkim azalanda, cibimdə pulum da azalır»- deyə zarafatlaşırdı. Dediyinə görə, bir neçə dəfə kilo azaltmağa cəhd göstərmişdi, hər dəfə də xoşagəlməz hadisə baş vermişdi, «daha o fikrə düşmək belə istəmirəm».
İdmanı sevmirdi, baxmayaraq ki uşaqlıqda boksa getmişdi, o məşum gecədə ağzına açılan ilk güllədən başını qaçırmağı da güman ki, uşaqlıq vərdişi ilə bağlı idi. Çəkisi ağır olsa da, hərəkətləri çox cəld və dinamik idi. Sevimli marşrutu metro və... ayaqqabısı idi. Geyim-keçimə baxan deyildi, bu illər ərzində yalnız bir dəfə qalstukda gördüm, o da toyunda. Fiziki baxımdan hazırlıqlı və güclü idi. Amma dava etməyə meylli deyildi. Bəlkə də onu davaya qoşmaqdan ehtiyatlanırdılar. Qeybəti qəti sevmirdi. Mütaliə etməyi xoşlardı, siyasi ədəbiyyata üstünlük verirdi. İnternet-kitabxanadan istifadə edərdi.
O
…çox danışan deyildi, amma məclis adamıydı. Qəbul etmədiyi adamların hamısına bir sözlə, söyüşlə münasibət bildirərdi, məsələn, o nəbilimnədir.
Qəbul etdiklərinə də münasibəti konkret idi.
…kinli deyildi. Tez-tez ünsiyyətdə olduğu adamlara ayama qoşardı, bəzən onları işarələrlə çatdırardı; məsələn, bir barmağını dilinə toxundurub göstərəndə, bu “dil bir”, iki barmağını göstərəndə isə “iki dil” demək idi. Bu işarələrdən kimin zəng etdiyi bəlli olurdu.
Dil məsələsi çox danışmaq və xarakterlə bağlı idi. “İki dil” zəng edəndə ən azı yarım saatlıq monoloqu dinləməli olurdu.
…ardıcıl, məqsədyönlü şəkildə kimisə qaralamazdı. «Monitor»un oxucuları şahiddirlər ki, onun şəxsi-qərəzlik zəminində sistemli hədəfə aldığı ünvan yox idi.
“Monitor” jurnalı döyüşən jurnal idi, döyüş ruhu olmayan yazılar orada özünə yer almazdı; Elmarın öz yazıları isə ordunun önündə döyüşə gedən sərkərdəyə bənzəyirdi. Jurnal çıxdığı dövrdə dəfələrlə imicini dəyişmişdi, amma mahiyyət olduğu kimi qalmışdı.
…zərurət olmasa, yazılarını nə bu başdan, nə də o başdan müzakirə etməyi xoşlamırdı.
…dəqiq iş qrafikində çalışırdı; ona görə VAXT - öldürmək üçün deyildi. Həftəsonu – ya şənbə, ya da bazar günü, həbsdə olan qardaşına dəyməyə gedərdi, bayram günlərində anasının qəbrini ziyarət edərdi.
Evdə qaldığı vaxtlar da olurdu: “Bu gün mən mamayam”.
…həftənin ilk günlərini dostlarla və ya görüşlərdə keçirərdi. Həftənin 4-cü günü onun ən işlək günü idi. Bu gün onu işdən heç kəs ayırammazdı. Bu, artıq daşlaşmış rejim idi. Cümə günü günortadan sonra jurnalı çapa hazır olardı.
…yalnız kompüterdə yazardı və yazı prosesi birnəfəsə olardı: oturdusa, jurnal bitənə qədər kompüterin arxasından qalxmaq söhbəti ola bilməzdi. Onun belə işlək olması barədə hələ «Zerkalo»da çalışanda eşitmişdim. Məhz bu mənada o yazdıqlarının uğuru zəhməti ilə bağlı idi.
Onun bir yazı qəhrəmanı vardı. Daim onu izlər, yeni məqamlar tutduqca yeni yazısının hissələrini və miqyasını müəyyən edərdi. Bir dəfə Heydər Əliyev mətbuatı gözdən keçirəndən sonra: “Ə, bu müxalifət gözümə dəymir nəsə, bəs bu İsa Qəmbər nə iş görür”, - deyə yanındakına xəbərdarlıq edibmiş.
Elmar da qəhrəmanını daim hərəkətdə görməyə vərdiş etmişdi. O, son illərdə kəskin yazılarına görə, hakimiyyəti qəzəbləndirmişdi.
…təzyiqə öyrəncəliydi. Sanki təzyiqdən qidalanırdı. Məhkəməyə verilməyəndə, təzyiqlər olmayanda süstləşirdi, yorulurdu, yazmağa həvəsi qalmırdı: “Elə düşünmürəm ki, izlənilmirəm, sadəcə bu sabitliyin qəfil dalğasından qorxuram”. Sonuncu məhkəmə hücumu onu yenidən hərəkətə gətirmişdi. “Təhlükə ötdü» - deyirdi: «Açıq döyüşdən xətər toxunmaz”.
“Monitor”u daim izləyənlər bilir ki, Heydər Əliyevdən sonrakı saylarda Elmarın baş yazılarının əsas qəhrəmanı yox idi. Daha dərindən araşdıranda yazdığı sətirlərin arasından onun yeni qəhrəmanının cizgilərini görürsən.

O GÜN
Evdən saat 12-də şıxib. Oğlu Aslanla bir az oynayandan sonra, metronun “Neftçilər” stansiyasından “Sahil”ə, ordan isə gəzə-gəzə Natəvan meydanı 1 ünvanında, MTN-nin Səbayel rayon şöbəsiylə üzbəüzdəki “Yazıcı” nəşriyyatının binasında yerləşən redaksiyasına gəlib.
İş yoldaşları o günü çox dumanlı xatırlayır. Biri, “mən gələndə koridor tərəfdəki otaqda kompüter arxasında oturub yazı redaktə edirdi”, digəri, “əhvalı çox yaxşı idi”, başqası, “Elmar heç zaman bu qədər şən olmamışdı”, - deyir.
Elmara saat 16 radələrində zəng etdim; yayım firmalarında olmuşdum, qəzetlərin satışının aşağı düşməsindən gileyləndik, jurnalistlərlə bağlı təhlükəli mühitdən danışdıq. “Azadlıq”ın uşaqlarıyla bağlı baş vermiş olayı müzakirə etdikdən sonra zarafatla: “Ehtiyatlı ol, təhlükə səndən uzaqda deyil”, - xəbərdarlığımı istəyimə uyğun ciddi qəbul etdi. Sanki məni sakitləşdirmək məqsədilə, indi də beynimi dağıdan sadə bir cümlə ilə narahatlığıma yekun vurdu: “Onlar gözəl bilirlər kimə nə etmək lazımdır”.
Biz adətən telefonla az danışırdıq, həmin gün nədənsə çox danışdıq.
Bu bizim son söhbətimiz oldu.