-
Avqustun 22-də Suriya hökumət qüvvələri paytaxt Dəməşqin şərqinə mərmi və raket zərbələri endirməkdə davam edib. Bu barədə Suriyanın İnsan Haqları qrupu məlumat yayıb.
Suriya müxalifəti kimyəvi silah hücumu zamanı ölənlərin 136-dan 1300-ə qədər olduğunu iddia edir.
Üsyançılara qarşı kimyəvi silahdan istifadə edilməsi xəbəri ötən gün BMT Təhlükəsizlik Şurasında da müzakirə olunub.
BMT KİMYƏVİ BASQINI AYDINLAŞDIRMAĞA ÇAĞIRIR
Bağlı qapılar arxasında keçirilən görüşdə Şura insidentin «operativ və qərəzsiz» araşdırılması fikrini dəstəkləyib. Ancaq bunu Suriyadakı BMT mütəxəssislərinin etməli olduğunu deməyib. Təhlükəsizlik Şurasının hazırkı sədri, Argentinanın BMT-dəki səfiri Maria Cristina Perceval bildirib ki, şuranın bütün üzvləri istənilən tərəfin kimyəvi silahdan istifadəsinin beynəlxalq hüquq pozuntusu olması ilə razılaşıb.
Bu arada Rusiya və Çin BMT-nin kimyəvi basqını aydınlaşdırmaq çağırışına qarşı çıxıb. Suriyanın müttəfiqi olan Rusiya bu hadisələrin üsyançıların törətmiş ola biləcəyini güman edir.
Suriyanın İnformasiya naziri Omran Zoabi də hökumətə qarşı səslənən ittihamları yalanlayıb, əvəzində üsyançıları ordunun uğurlu əməliyyatından sonra insidenti «saxtalaşdırmaqda» ittiham edib:
«Deyilənlərin hamısı cəfəngiyat, məntiqsiz və saxtadır. Kimyəvi silahın istifadəsindən söhbət belə gedə bilməz, ən azından Suriya ordusu və dövləti tərəfindən. Bunu sübut etmək çox asandır».
İnternetdə isə kimyəvi silahdan ölənlərin videoları yayılıb. Görüntülərdə xeyli sayda ölü, o cümlədən uşaqların olduğu görünür.
Bəzi ekspertlər sarin qazının istifadəsini istisna etmir.
İki ilə yaxındır ki, Suriyada prezident Bashar Assad-in istefası tələbi ilə silahlı savaş gedir. 2011-ci ildən bəri ölənlərin sayı 100 mini keçib.