BMT müfəttişlərinin Suriyadakı fəaliyyətindən görüntülər
Sizin brauzer HTML5-i dəstəkləmir
Sosial şəbəkələrdə BMT ekspertlərinin Suriyanın paytaxtı Dəməşqin şərqində Zamalka qəsəbəsində fəaliyyətini əks etdirən video yayılıb. Videoda əleyhqazda olan ekspertlərin kimyəvi silahla hücum olduğu deyilən ərazilərdən nümunələr götürdükləri görünür. Avqustun 29-da çəkildiyi deyilən videoda ekspertləri Suriya müxalifətinin döyüşçüləri müşayiət edirlər. Reuters agentliyi bu videonu sosial şəbəkələrdən götürüb, amma onun məzmununu başqa mənbələrdən dəqiqləşdirə bilmədiyini yazır.