-
Bunu AzadlıqRadiosuna Milli Şuranın namizədi Cəmil Həsənli sentyabrın 19-da İTV-nin efirində baş verənlərə münasibət bildirərkən deyib:
«Debata dözmək lazımdır. Bizim əlimizdə sənədlər vardı. Hakim ailənin oğurluqları ilə bağlı bütün sənəd-sübutları göstərməyə gətirmişdik. Bunlar artıq gördülər ki, nə baş verir. Hesab edirəm ki, axıra qədər öz mübarizəmizi davam etdirəcəyik. Əliyev ailəsinin ifşası ilə bağlı nə mümkündürsə, hamısını edəcəyik».
Cəmil Həsənli efirdə baş verənlərlə bağlı MSK-ya müraciət edəcəyini də deyib.
«Hakimiyyət bizim dediklərimizə dözə bilmədi. Nəhayət öz mahiyyətini ortaya qoydu. Hafiz Hacıyevlə eyni mənəviyyata, eyni əxlaqa, eyni düşüncəyə malik olan İlham Əliyev bu hoqqabazlığı təşkil elədi. Bütövlükdə debatı pozmaq üçün mənəviyyatsız adamları bura göndərməklə Azərbaycan Seçki Məcəlləsinin daha bir qanunu pozmuş oldu».