-
"Anar Məmmədli ilə bağlı mənim məlumatım yoxdur, açığını deyim. Əgər vergi orqanı orda bir yoxlama apararsa, onun nəticəsi məlum olarsa, mən o haqda fikir söyləyə bilərəm".
Bunu Azadlıq Radiosuna müsahibəsində Vergilər nazirinin Vergi Siyasəti üzrə müşaviri Akif Musayev deyib. Akif Musayev bildirib ki, Anar Məmmədlinin məsuliyyətə cəlb edilməsinə vergi məsələlərinin səbəb olduğunu bilmir.
"Ona görə də bu haqda dəqiq məlumat verə bilmərəm. Mənə elə gəlir ki, burada vergi ilə bağlı yoxlama təyin olunmayıb, mən bildiyim qədər, ona görə bununla bağlı bir fikir deyə bilmərəm".
Dekabrın 18-də Baş Prokurorluq Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə (SMDTM) və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» ictimai birliyinə qarşı cinayət işi açıldığını bildirib. Baş Prokurorluq hər iki təşkilatın vergidən yayındığını vurğulayır və bildirir ki, cinayət işinin araşdırılmasına Vergilər və Maliyyə Nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar əsasında başlanıb.