Özünü yandırmış Qarabağ əlili xəstəxanada keçinib [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

-
Zaur Həsənovun cənazəsi «Göy məscid»də yuyulduqdan sonra Lökbatandakı evinə aparılıb.

Yaxınlarının verdiyi məlumata görə, mərhum bu gün günorta saatlarında dəfn olunacaq.
---
Özünü yandırmış II qrup Qarabağ əlili Zaur Həsənov ölüb.

Dekabrın 28-i axşam saatlarında xəstənin vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Artıq Zaur Həsənovun meyiti ailəsinə təhvil verilib.

Zaur Həsənov dekabrın 25-də Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O, özünəqəsdi 1995-ci ildən bəri paytaxtın Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb. Zaur Həsənov deyirdi ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Mehbalıyev alıb.