Ramiz Rövşənin tərcümələri - "Xəzər"də

Khazar

-

"Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti sayı işıq üzü gördü.

Dərgi Nobel mükafatçısı Alice Munroe-nun müsahibəsi (tərc. Elcan Salmanqızı) və “Qismət” hekayəsi (tərc. Yaşar) ilə açılır.

“Qızıl dövrün şairləri” rubrikasında Ramiz Rövşənin tərcüməsində Alexandr Pushkin-in “Dərsliklərdə olmayan şeirlər”i ilə tanış ola bilərsiniz.

Zakir Fəxri Amerika şairləri Riçard Brotiqan, Dayana di Prima və Robinson Ceffersinin poeziyasından nümunələri təqdim edir.

Afaq Məsudun tərcüməsində “Xilas yolunun yolçuları” və “Müqəddəslər və onların söylədikləri”ni oxuya bilərsiniz.

Nəsr bölməsində isə görkəmli Argentina yazıçısı Ernesto Sabatonun “Tunel” (tərc. Saday Budaqlı), fransız yazıçısı Marsel Prustun “Svana doğru” (tərc. Z.Sarıtorpaq) romanından parça, E.Heminquey (tərc.M.Qarayev) və Ruben Bareyronun (tərc. S.Budaqlı) hekayələri verilib. Türkiyə yazıçısı Orxan Pamukun “Mənzərədən parçalar” esselər kitabından bir hissəni oxuculara Fərid Hüseyn təqdim edir.

“Xəzər” jurnalı 1989-cu ildən nəşr olunur. Hal-hazırda, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı kimi fəaliyyətini davam etdirir.

Son illər maddi sıxıntılar səbəbindən dövriliyində fasilələr yaranmış jurnalın bu il 2, gələn ildən isə il ərzində 4 sayının çapı nəzərdə tutulur.