-
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi “Dəf(i)nə yarpağı” adlı Bədii Tərcümə Mükafatı təsis edib.
OxuZalı Mərkəzin saytına istinadla xəb ər verir ki, müsabiqənin 2 ildən bir keçirilməsi nəzərdə tutulur.
Tərcümə əsərlərinin qəbul müddəti bu ilin oktyabr ayının 24-dən dekabr ayının 20-sinə qədər müəyyən edilir.
Qaliblərin adı 2015-ci ilin mart ayının sonlarında keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq.
* Müsabiqəyə nəsr və poeziya üzrə Azərbaycan dilinə tərcümə edilmiş əsərlər qəbul edilir.
* Müsabiqəyə təqdim edilən əsərlərin həcmi aşağıdakı qaydada müəyyən edilir:
nəsr əsərləri – 20.000 işarəyə qədər
poeziya nümunələri – 100 misraya qədər
* Yalnız müsabiqə üçün edilmiş, yeni və çap edilməmiş tərcümələr qəbul olunur.
* Hər nominasiya üzrə mükafat bir müəllifə və bir əsərə təqdim edilə bilər.
* Bir şəxs mükafata bir nominasiya üzrə yalnız bir əsər təqdim edə bilər.
* Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
Müsabiqəyə təqdim üçün zəruri olan sənədlər:
a) Tərcümə edilmiş əsər elektron poçtla göndərilmirsə, çap olunmuş şəkildə 5 nüsxə;
b) Şəxsiyyət vəsiqəsinin surəti;
c) Müsabiqə iştirakçısının əlaqə nömrəsi;
ç) Tərcüməçinin digər işlərinin siyahısı (mənbəyi göstərməklə);
d) Tərcümə əsərləri elektron (press@aztc.gov.az ünvanına) və kağız formatında təqdim edilə bilər.
Qeyd: Göndərilən nüsxədə əsərin Azərbaycan dilinə hansı dildən çevrildiyinin qeyd edilməsi zəruridir;
Müsabiqə şərtlərinə əməl olunmadan təqdim edilən əsərlər müsabiqədə iştirak etmir.
Əsərlər AZTM-in Mətbuat və nəşr məsələləri üzrə müşavirliyi tərəfindən qəbul edilir.
Mükafat fondu:
Tərcümə edilən nəsr əsərləri üçün:
I yer – 3000 (üç min) manat
II yer – 2000 (iki min) manat
III yer – 1000 (min) manat
Həvəsləndirici mükafat: 500 (beş yüz) manat
Tərcümə edilən poeziya nümunələri üçün:
I yer – 3000 (üç min) manat
II yer – 2000 (iki min) manat
III yer – 1000 (min) manat
Həvəsləndirici mükafat: 500 (beş yüz) manat
Müsabiqənin gedişatı barədə:
Qəbul edilən əsərlər nömrələnmiş qaydada (imzasız) ekspertlərə verilir, ikinci mərhələyə – 20-liyə çıxan əsərlər Mükafat Komissiyasına təqdim edilir.
Qalib əsərlərin seçimi iki mərhələ üzrə aparılır. Birinci mərhələdə seçilmiş 20-likdən 10-luq seçilir. İkinci mərhələdə qaliblər müəyyən edilir.
Əsərlər 5-dən 10-a qədər olan bal sistemi ilə qiymətləndirilir.
Ekspertlərin və Mükafat Komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılır.
Mükafat diplom və pul təltifindən ibarətdir.
Ünvan: Ə.Topçubaşov 74
Email: press@aztc.gov.az
Telefon: 595-10-42
Mob: (050) 263-02-95