Bakı-2015 «Atletico Madrid» formasında

Arda Turan

-

Bakı-2015 Avropa Oyunları İspaniya çempionu «Atletico Madrid» klubu ilə müqavilə bağlayıb. Bu futbol klubu meydançaya mövsümün sonunadək İlk Avropa Oyunlarının loqotipinin əks olunduğu formada çıxacaq.

İndiyədək klubun formasındaturizm mövzulu «Azərbaycan - Odlar Yurdu» sponsor loqotipi yazılırdı. Ancaq fevralın 7-dən loqotip yenilənəcək. Bu «Atletico»nun «Real Madrid»lə qarşılaşması zamanı baş verəcək.

Bu haqda məlumatı apa yayıb.

«Atletico Madrid» komandasının baş icraçı direktoru Miguel Ángel Gil Marín bildirib ki, oyunçuları 2014-15 mövsümünün sonunadək həm UEFA Çempionlar Liqasının, həm də La Liqanın oyunlarında böyük qürur hissi ilə Bakı-2015 loqotipli formalar geyinəcəklər:

«İlk Avropa Oyunları qitənin idman sahəsindəki inkişafında irəliyə atılan böyük bir addımdır. Biz İspaniya və Avropanın lider futbol klublarından biri olaraq bu Oyunları təbliğ etməkdən olduqca məmnunuq».

Bakı-2015-in kommersiya direktoru Charlie Wijeratna isə deyib ki, «Atletico Madrid» İspaniyanın La Liqa çempiondur və dünyanın ən tanınmış futbol klublarındandır:

«Bakı 2015 loqotipinin onların formalarında əks olunması Avropa Oyunları haqqında məlumatlılığın, brendimizin dəyərinin və yaratdığımız təkanın artırılmasının innovativ yoludur».

«Altetico Madrid» futbol dünyasının ən nüfuzlu klub yarışı olan UEFA Çempionlar Liqasının ələmə mərhələsindədir. Klub İspaniyada çox populyardır və onların televiziyada yayınlanan matçlarını Avropa və bütövlükdə dünyada milyonlarla ta­­­maşaçı izləyir.

Bakı-2015 ilk Avropa Oyunları iyunun 12-dən 28-dək davam edəcək. Bu 17-də gündə Avropadan 6 mindən çox idmançısı yarışlarda öz ölkələrini təmsil edəcək.