-
Futbol üzrə İspaniya çempionatında dekabrın 1-də baş tutan Madrid derbsində Azərbaycan da təmsil olunurdu. «Real» (Madrid)-lə görüşdə «Atletico» (Madrid) oyunçuları meydana üzərində «Land of Fire – Azerbaijan» («Odlar yurdu Azərbaycan») yazısı olan formalarda çıxdılar.
Həmin axşam "Azərbaycan" yazısı "Atletico"ya yaşıl meydanda xüsusi uğur gətirmədi. Onlar Madridin digər klubuna "Real"a 2-0 hesabılə uduzdular. Lakin meydançadan kənarda "Arletico"nun əldə edəcəyi milyonlardan söhbət gedir.
«Bakı» futbol klubunun saytında yazılıb ki, reklam razılaşması oktyabr ayında, «Atletico» klubunun baş direktoru Miguel Angel Gil Marín-in Bakıya səfəri zamanı əldə olunub.
Razılaşmaya əsasən, 3 il ərzində azərbaycanlı futbolçular «Atletico» klubunun futbol akademiyasında təlim ala biləcəklər. Bu məqsədlə 2013-cü ilin əvvəllərində «Bakı» və AFFA-nın dəstəyi ilə seçim xarakterli turnirlər təşkil olunacaq.
Bu arada sosial şəbəkələrdə 90 dəqiqəlik reklam üçün Azərbaycanın İspaniya klubuna külli miqdarda pul ödədiyi bildirilir. Ancaq klub rəsmiləri və AFFA bu məlumatı təsdiqləmirlər.
«Bakı» futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov AzadlıqRadiosuna bildirib ki, «Atletico» oyunçuları meydana Azərbaycanı reklam edəcək formada çıxacaqlarsa, bu, yalnız klub prezidenti Hafiz Məmmədova bir jest ola bilər:
«Mənim elə bir şeydən xəbərim yoxdur. Bizim onlarla əlaqələrimiz çox yaxşıdır. Ola bilsin ki, «Atletico» klubunun prezidenti Hafiz müəllimə bir jest kimi belə bir addım atır».
3 İLLİK ƏMƏKDAŞLIĞA GÖRƏ 20 MİLYON AVRO
Dekabrın 1-də Madridin «Bisente Calderon» stadionunda «Atletico» (Madrid) klubu ilə Azərbaycan arasında strateji əməkdaşlıq sazişinin təqdimatı keçirilib.
Tədbirdə «Atletico» klubunun baş direktoru Miguel Angel Gil Marín və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev də iştirak ediblər.
Miguel Angel Gil Marín deyib ki, «Atletico» dünya arenasında mövqelərini möhkəmlətmək üçün inkişaf etməkdə olan bazarlarda öz brendini irəlilətməyə çalışır:
«Bu mənada Azərbaycan «Atletico»nun seçdiyi və əməkdaşlıq edəcəyi ölkələrdən biridir. Müqavilə çərçivəsində yoldaşlıq oyununun keçirilməsi, yeniyetmə Azərbaycan futbolçularının hazırlanması, həmçinin AFFA-nın dəstəklədiyi bir sıra idman layihələri nəzərdə tutulub».
İspan klubunun nümayəndəsi təsdiq edib ki, «Atletico» futbolçularının «Land of fire –Azerbaijan» yazılı formalrı bu sazişin bir hissəsidir,
İspaniyanın AS portalının məlumatına əsasən, bu əməkdaşlıqdan «Atletico» klubu 20 milyon avrodan çox qazanc əldə edəcək.
Layihənin həyata keçirilməsində Azərbaycan Dövlət Neft Şirkətinin fəal iştirak edəcəyi bildirilir.