-
AzadlıqRadiosunun mədəniyyət portalı olan oxuzali.az-da keçirilən "Ədəbi Azadlıq-2015" Müsabiqəsinin şeir nominasiyası üzrə qalibləri elan edildi.
Müsabiqənin qalibi Könül Həsənqulu olub - "Aqnostik məbədi" və "City life" şeirləri ilə.
İmzasız oxunuş mərhələsində bütün münsiflərdən yüksək ballar alan K.Həsənqulu sonrakı mərhələlərdə də liderliyi qoruyub.
İkinci yerin sahibi Ülvi Bahadırdır - "Əyyaş Əli və Human Rights Watch", "Yaşamaq sindromu" şeirləri ilə.
Üçüncü mükafatları isə Oğuz Ayvaz və Vəfa Qafarova (Mürsəlqızı) qazanıblar.
"Ədəbi Azadlıq" mükafatı və müsabiqənin hədiyyələri olan noutbuklar qaliblərə iyulun ortalarında Bakıda keçirməyi planlaşdırdığımız mərasimdə təqdim olunacaq.
Finala yüksəlmiş şairlərin müsabiqədə qazandıqları ballar (mötərizədə onların 1-ci, 2-ci və 3-cü mərhələlərdə topladığı ballar göstərilib):
Könül Həsənqulu: 76 (46+24+6)
Ülvi Bahadır: 59 (38+16+5)
Oğuz Ayvaz: 57 (33+19+5)
Vəfa Qafarova: 46 (30+9+7)
Gülşad Quliyeva: 39 (26+7+6)
Həmid Piriyev: – 38 (23+9+6)
İbrahimxəlil: - 38 (23+10+5)
Babək Ağayev: 35 (22+6+7)
Fuad Rəsulzadə: - 35 (19-9+7)
Hədiyyə Şəfaqət: 33 (24+9+0)
İyunun 16-da hekayə 20-liyini elan edəcəyik. Münsiflərin adları müsabiqənin sonunda açıqlanacaq.