-
Avropa Oyunlarında Azərbaycana qızıl medal gətirənlərin təxminən yarısı milliləşdirilmiş əcnəbi idmançılar- “legionerlər”dir.
1-ci Avropa Oyunlarında Azərbaycan 21 qızıl medal qazanıb.
Bunun 43 faizi - 9-u əcnəbilərin payına düşür.
Qızıl, gümüş və bürünc medalların üst-üstə sayı 56-dır, bunların da 20-ni əcnəbilər qazanıb.
Avropa Oyunlarında Azərbaycan 285 idmançı ilə iştirak edib. “Futbol+” qəzetinin redaktoru Mahir Rüstəmlinin hesablamalarına görə, bu idmançılardan üçdə biri - 90 –ı milliləşdirilmiş əcnəbilərdir. Müstəqil idman şərhçilərinin qənaəti belədir ki, Azərbaycan Avropa Oyunlarına ən çox əcnəbi idmançı çıxaran ölkədir, digər komandalar bir neçə legionerlə kifayətləniblər.
İdman şərhçisi Coşqun Eldaroğlu deyir ki, Azərbaycan oyunlarda xüsusi fərqlənmək istəyib:
Sizin brauzer HTML5-i dəstəkləmir
“Azərbaycan bu yarışa çox ciddi hazırlaşıb və lazım olandan çox səy göstərib. İndiyə qədər Azərbaycanda belə bir təcrübə görünməmişdi.
Azərbaycan öz idmançılarını yetişdirməyə daha çox fikir verməlidir.
Müxtəlif qitələrdən, müxtəlif ölkələrdən- Kuba, Yamayka, Slovakiyadan oyunçular gətirilib”.
İdman şərhçisi hesab edir ki, Azərbaycan öz idmançılarını yetişdirməyə daha çox fikir verməlidir.
Müxalif ReAL Hərəkatı İdarə Heyətinin üzvü, tarixçi alim Altay Göyüşov öz Facebook səhifəsində hökuməti legionerlərə üstünlük verdiyinə görə tənqid edir:
“Bunlar hamısı bizdəki hakim elitanın öz mənafelərini Azərbaycan dövlətinin, xalqının mənafelərindən üstün tutmasından irəli gəlir. Ölkənin elm və təhsilinə pul qoyub dövlətin, cəmiyyətin perspektiv inkişafını təmin etmək əvəzinə, “n” qədər pul qoyulub Yamaykadan idmançı alınıb, fırıldaqla "azərbaycanlılaşdırılır".
“Futbol+” qəzetinin redaktoru Mahir Rüstəmli də AzadlıqRadiosuna müsahibəsində deyir ki, legionerlərin sayı çoxdur:
Sizin brauzer HTML5-i dəstəkləmir
“Hər halda, 15-20 legionerlə də kifayətlənmək olardı. Uğur onda qiymətli olur ki, əməyin çox hissəsi yerli idmançıların payına düşsün.
Uğur onda qiymətli olur ki, əməyin çox hissəsi yerli idmançıların payına düşsün.
Legionerlərdən isə müəyyən bir faiz olmalıdır ki, onlardan yerli idmançılar nə isə görüb-götürsün”.
Legionerlərin Azərbaycan yığmasına nə qədər vəsait qarşılığında gəldiyini müəyyənləşdirmək mümkün olmayıb, Mahir Rüstəmli hesab edir ki, Avropa Oyunlarında iştirak edən idmançılara aylıq 3-4 min dollardan artıq ödənildiyinə inanmır: “Bu pula istənilən idmançını öz bayrağımız altında meydana çıxara bilərik”.
Bununla belə, Mahir Rüstəmli hesab edir ki, əcnəbilərin qazandığı medallar olmasa belə Azərbaycan Avropa Oyunlarında 12 qızıl medalla belə ilk onluğa düşəcəkdi.
Avropa Oyunlarında qızıl medalların sayına görə Azərbaycan Rusiyadan (79 qızıl medal) sonra ikinci yerdədir.