Dili yazıçılar yox, yeniyetmə qızlar yaradırmış (Yeni tədqiqatlar)

- Şekspirin ixtira etdiyi sözləri əslində o dövrün yeniyetmə qızları ixtira ediblər

Yeniyetmə qızları danışıq tərzlərinə görə tənqid etmək böyüklərin əsas mövzularından biridir. Amma dil mövzularında çıxan Quartz” dərgisinin yazarı Gretchen McCulloch həmin tənqidçilərə görün nə deyir.

McCulloch deyir ki, yeniyetmə qızlar əsl linqvistlərdir, onların ixtira etdikləri sözlər əsrlər boyunca dildə inqilabi dəyişikliklər edib.

Yeniyetmə qızlar soxulcan kimi dilin içinə girib, onu dağıdır və yeniləyirlər. Müasir dillə desək, yeniyetmə qızlar dilin Uber çempionlarıdır.

Uzun müddət Şekspirə ingilis dilinə yeni sözlər daxil etmiş şair kimi baxılıb. Hərçənd, bunu sorğulayanlar da olub.

Yeni məqalədə isə deyilir ki, Şekspirin ixtira etdiyi deyilən sözləri onun dövründə yeniyetmə qızlar ixtira ediblər əslində.

Helsinki Universitetinin linqvistləri Terttu NevalainenHelena Raumolin-Brunberg 1417-ci ildən 1681-ci ilə qədər yazılmış 6 min məktubu tədqiq ediblər.

Qadın məktub müəlliflərinin kişi məktub müəlliflərinə nəzərən dili daha sürətlə dəyişdirdiklərini, yeni sözlərdən daha çox istifadə etdiklərini və köhnə sözlərdən imtina etdiklərini aşkara çıxarıblar.

"Qadınlar bu gün linqvistik dəyişikliyin 90 faizinə görə məsuliyyət daşıyırlar," - McCulloch yazır.

Niyə qadınlar? Linqvistlər əmin deyillər. Bəlkə qadınlar sosial mühitdən daha çox xəbərdardırlar, daha geniş sosial şəbəkələri olur və bəlkə də neyrobioloji amillər var?

2009-cu ilin tədqiqatına görə, dil vərdişlərini dəyişdirmək məsələsində kişilər bir nəsil yubanırlar.

Bir çinli müəllif bu tədqiqatı belə şərh edir: bunun bir səbəbi də odur ki, ənənəvi olaraq, qadınlar uşaqları tərbiyə edirlər. Kişilər yeni sözləri analarından öyrənirlər. Beləcə, kişilər yeni dili analarından, qadınlarsa başqa qadınlardan öyrənirlər.

Nəticədə qadınlar uzun əsrlər dilin inqilabçıları olublar.

Oxu Zalı