Michael Albert. Etirazın mübarizə olmağı vacibdir

Michael Albert

- "Yuxarı təbəqə öz xoşuna ağlı və ya qəlbiylə dəyişiklik etmir. O, dəyişikliyi yalnız ictimai qınağa tuş gələndə edir. Yuxarı təbəqəni əxlaqi dəyərlərlə deyil, sadəcə qorxuyla ayağa qaldıra bilərsiniz."

Michael Albert

(Amerikalı aktivist, iqtisadçı, yazıçı)

NƏFƏS

Boğulan adam çətinliklə də olsa, “Nəfəs ala bilmirəm” deyirsə, bu, “ölürəm” deməkdir. Bu sözə qulaqlarımızı tutmaq isə qəsdən adam öldürmək deməkdir.

Bir köynəyin, idman ayaqqabısının üstünə yazılan, yaxud çıxışlarda deyilən “Nəfəs ala bilmirəm” ifadəsi isə “Mən azad deyiləm” deməkdir.

Həmin an ona diqqət etməmək laqeydlik, zalımlıq, eqoistlikdir ki, bunlar da bir adamı qətlə yetirməyə (yüngül formada olsa da) xidmət edir.

Dünyanın bir çox yerlərində aktivistlərin demək istədikləri şey budur, boğazda tıxanma olduğu zaman ağ ciyər insanın həyatına necə son verirsə, zehində və ruhda tıxanma da insanın ləyaqətini, dərk etmək bacarağını, həyat eşqini elə əlindən alır.

Bəs hakim siyasi təbəqə nədən qorxur? Etiraz edənlərin sayından. Birlikdən. Mütəşəkkilllik və qətiyyət əzmindən. Əzilən təbəqənin baş qaldırmasından. Xüsusilə, aşağı sinfin getdikcə çoxalıb köklü dəyişiklik istəməsindən.

Ancaq hərəkətə keçmək çağırışları nə qədər cəsarətli olursa olsun, həmrəylik hissi nə qədər səmimi olursa olsun, ədalətsizliyin fərqində nə qədər çox oluruqsa olaq, baş qaldırmaq qətiyyəti nə qədər əzmli olursa olsun, “Nəfəs ala bilmirəm” ifadəsinin bizi əzib sıxışdıranlara yalvarışımız olduğunu da unutmamalıyıq.

.. yoxsulluq, mənfəət üzərinə qurulan ortaqlıq, məntiqsiz və vicdansız şəkildə bizi kontrol etmək istəyi, işgəncə, müharibə, yüksələn səslər, getdikcə artan gərginlik və gücünü artıran külək – bunların hamısı bizi sıxışdırmaq və əzmək üçündür.

“Daha bəsdir, nəfəs ala bilmirəm!” – demək bizə görə yaxşıdır. Amma “Nəfəs ala bilmirəm” ifadəsi məntiqli, haqlı, əla olsa da, hələ ən yaxşı cavab deyil.

Michael Albert

Yaxşı olar ki, “Nəfəs alırıq", "alacağıq”, yaxud sadəcə “nəfəs” deyək.

İnsanları boğaraq öldürən polislər sizi dinləməz, əzib keçən komissarlar sizə qulaq asmazlar.

Nəfəs ala bilmədiyimizi deməkdən əlavə, faktın özünə diqqət çəkmək lazımdır, yoxsa heç bir cavab gəlməyəcək.

Boş vaxt itkisi olan sakit, məntiqli yalvarışdansa qarşı tərəfə daha güclü mesajlar göndərməliyik. Bu cür atılan şüarlar effektiv olar, beləcə, meydanlar dolar, hətta nəqliyyatda da tıxac yaranar.

Hə, bütün bunları etməliyik, amma təkcə bunlarla qane olmamalıyıq. Qəzəblənməliyiksə, sadəcə qəzəblənməklə olmaz. Gücümüzü toplamalıyıq, çünki məntiq dinləməyən hakimiyyəti bir əlində cəmləyənləri aksiyalarla tədbir görməyə məcbur etməliyik.

Bu aksiyalar tədbir görməli olan insanlar üçün təhlükəyə çevriləndə, bu insanlar edəcəkləri dəyişikliklərə inandıqları üçün bir yerə toplananda bu dəyişiklik planı reallaşacaq.

Yuxarı təbəqə öz xoşuna ağlı və ya qəlbiylə dəyişiklik etmir. O, dəyişikliyi yalnız ictimai qınağa tuş gələndə edir. Yuxarı təbəqəni əxlaqi dəyərlərlə deyil, sadəcə qorxuyla ayağa qaldıra bilərsiniz.

Tələblər, bir yerə toplanmaq, itaətsizlik - aksiyanın məntiqi budur. Təzyiq etmək. Təslim olmağa məcbur etmək.

Bəs dəyişiklik etmək, iqtidara meydan oxumaq üçün necə hərəkətə keçmək lazımdır? Davamlılıq, böyümək, ünsiyyət və dəyişiklik üçün təhdid etməklə.

Ancaq yenə də aksiyalar üçün bir yerə toplanmaq kifayət etməz. İqtidardakılar bundan rahat şəkildə canlarını qurtara bilərlər. Kiçik mitinqlər üçün də toplanmaq effektiv olmayacaq. İqtidar bundan da rahatca yayına bilər.

Bir yerə toplanmaq, yürüş, yaxud digər ictimai aksiya cəhdlərini effektiv edən şey həmişə və ancaq, addımın özü yox, hərəkətin arxasında duran təhdidlərdir.

Əgər aksiyalarınız getdikcə böyüyür və insanlarla əlaqə artırsa, dəyişiklik naminə iqtidara olan təhdidlərimiz davamlı olursa, iqtidardakiların prestij və yerlərinə meydan oxuyursa, başqa yolları qalmayanda təslim olmağa məcbur olurlar.

Elə dəyişiklik də bu vaxt olacaq.

Bəs hakim siyasi təbəqə nədən qorxur? Etiraz edənlərin sayından. Birlikdən. Mütəşəkkilllik və qətiyyət əzmindən. Əzilən təbəqənin baş qaldırmasından. Xüsusilə, aşağı sinfin getdikcə çoxalıb köklü dəyişiklik istəməsindən.

Elə buna görə də effektiv olmaq üçün sayımızın getdikcə çoxaldığını, birliyimizin gücləndiyini, daha yaxşı anladığımızı, dəyişiklik tələbimizdə ciddi olduğumuzu iqtidara göstərməyimiz vacibdir. Birlikdə olsaq, bu qorxunu onlarda yaradarıq.

Məsələn, bu gün xəbərlərdə Berklidəki tələbələrin küçələri ağıl, qəzəb, iradə və qərarlılıq sərgiləyərək bağlamasının çox yaxşı hadisə olduğunu oxuyuruq.

Digərləri buna qibtə etməlidirlər. Tələbələr insanları aksiyaya çağırarkən bu çağırışa qoşulan insanların vasitəsilə kampuslarla, yataqxanalarla, yeməkxanalarla və ətrafdaki insanlarla çoxlu-çoxlu danışaraq, onları məlumatlandırıb, artıq etirazı olanları aktiv etiraza cəlb ediblər.

İctimai fəal qəzəblənmək əvəzinə baş verənləri ictimai yaddaşa həkk etməyə çalışmalıdır. Onun vəzifəsi isə şərait necə olur olsun, heç bir gücün təsiri altına düşməməkdir.

Aksiyanın gücü özündə deyil, onun ardınca gələnlərdədir. Daha yaxşı təşkilatlanan və daha ciddi davranan, getdikcə daha çox insanı özünə cəlb etməyə çalışan, yəni aktiv aksiyalar güclüdür. Ardınca aksiya gətirməyən aksiya güclü deyil.

Küçələrə çıxmaq və ədalətsizliklər həll olunmayana qədər danışmaq, mesajlar vermək lazımdır. Ancaq bu mesajı verməyin ən çətin və çox vacib olan tərəfi küçələrə yayılan mesajın təsirindən əmin olmaqdır.

Hələ sizinlə həmfikir olmayan, sizinlə ünsiyyətə girməmiş, müxtəlif yerlərdə olan insanlar ilə hörmət və anlayışla fərd kimi üz-üzə ünsiyyətdə olmaq lazımdır.

Fikir və gündəm mövzusunda ortaq qərara gəlmək vacibdir. Təşkilatın inkişafına kömək etmək qədər onun davamlılığını qorumaq da vacibdir...

“Nəfəs ala bilmirəm” ifadəsi məni onlara etiraz etməyə məcbur etdi. "Biz nəfəs alacağıq” ifadəsi bizi bir araya gətirə, bizə birlikdə nəfəs almaq və başqalarının da nəfəs almasını təmin etmək üçün yol göstərə bilər.

Etirazın mübarizə olmağı vacibdir. Gerçək dəyişikliyi, yeniliyi başladacaq uyğun potensialı daşıyan tarixi anın nə vaxt gələcəyini bilə bilmərik.

Elə buna görə də o tarixi anın gəlməsi üçün nəsə edib-etmədiyimizi də özümüz bilirik, nəfəs almaq üçün hansısa şansı əldən verib-vermədiyimizi də.

Mənbə