MTN-in keçmiş əməkdaşı həbsə atıldı

Foto arxiv

Milli Təhlükəsizlik Nazirliyi Baş Əks Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi, polkovnik Mirəziz Əsgərov barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın məlumatına görə, Baş Prokurorluğun təqdimatı əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə Mirəziz Əsgərov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

MirəzizƏsgərov külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmək, vəzifə səlahiyyətlərindən sui-istifadə və səlahiyyətlərini aşma, habelə külli miqdarda rüşvət almaqda ittiham olunur.