Fransa prezidenti: Terroru İŞİD törədib

François Hollande

-

Paris terrorunun İŞİD tərəfindən törədildiyi xəbər verilir.

Son məlumatlara görə, Almaniyada, Bavariya vilayətində bir sıra reydlər və həbslər həyata keçirilib.

Müxbirlər həbslərin Paris hücumları ilə bağlı olduğunu yazırlar.

Fransaya qonşu Belçikada da təhqiqata başlanıb.

Fransa prezidenti François Hollande bildirib ki, Paris basqınları ölkənin xaricində planlaşdırılıb, lakin ölkə daxilindən dəstək alıb.

O, basqınlar üçün «İslam Dövləti» adlandırılan təşkilatın məsuliyyət daşıya biləcəyini bəyan edib.

Bu arada Twitter-də yayılmış bəzi məlumatlara görə, «İslam Dövləti» qruplaşmasının «əl-Həyat» Media qolu Paris basqınlarının İD tərəfindən törədildiyini iddia edib.

Bundan əlavə İD-in yaydığı tarixsiz videomüraciətdə deyilir ki, «ABŞ koalisiyasının üzvü olduqca, Fransa əmin-amanlıq içində yaşaya bilməz».

Fransa prezidenti baş vermiş hadisəni öz ölkəsinə qarşı «müharibə» adlandırıb.

Ölkə başçısı son məlumatlara görə, ölü sayının 127 nəfər olduğunu qeyd edib.