Hücum edənlərdən birinin kimliyi bilindi

İsveçdə, Serbiyada və İngiltərədə Fransa bayrağı rəngində işıqlarla ölənlər yad edilir

Parisdə stadion yaxınlığında özünü partladanlardan birinin üstündən Fransa-Almaniya futbol oyununa bilet tapılıb. Bunu Wall Street Journal qəzeti Paris polisinə istinadla xəbər verir.

Güman olunur ki, həmin şəxs təhlükəsizlik xidmətinin yoxlamasına görə, futbol stadiona girə bilməyib, bundan sonra özünü stadion yaxınlığında partladıb.

Parisdə 129 nəfərin ölümünə səbəb olan terror hücumlarını törədənlərdən birinin şəxsiyyəti isə müəyyənləşdirilib. Bu, hücumu törədənlər arasında şəxsiyyəti müəyyən olunan ilk şəxsdir.

Onun 29 yaşı var, Əlcəzair mənşəli Fransa vətəndaşı Omar İsmail Mostefaidir.

İstintaqın gedişində 80-dən çox adamın həyatını itirdiyi Bataclan konsert zalından Mostefainin qopmuş barmağı tapılıb. Onun atası və qardaşı saxlanılıb.

Onunla bağlı 6 adam həbs olunub.

Mostefai Parisin 25 kilometrliiyndə yerləşən Courcouronnes qəsəbəsindəndir. Ailənin 6 uşağından biridir.

Fransa prokurorluğu terror hadislərinin bir-biri ilə əlaqədə olan üç ayrı qrup tərəfindən həyata keçirildiyini bildirib.

Buna da bax: Paris terrorundan az sonra çəkilən fotolar

Bataclan konsert zalı

​Terror hadisələrində yaralanan 352 nəfərdən 99-nun vəziyyəti ağırdır.

İstintaq bütün Avropanı əhatə edir. Belçikada 3 nəfər həbs olunub. Bataclan yaxınlığında Belçika qeydiyyatlı mağın tapılmışdı, onun sahibi Fransa vətəndaşı idi.