►10-dək ekstremist binaya soxularaq təxminən 170 nəfəri girov götürüb
Malinin paytaxtı Bamakoda girovların azad edilməsi ilə bağlı əməliyyat başa çatıb.
Xüsusi təyinatlı qüvvələrinin hotelə hücumundan sonra binada 27 cəsəd aşkar edilib.
Frans-Press agentliyi milli təhlükəsialik xidmətinə istinadla binada girov qalmadığını xəbər verir.
Hələlik hücumun təfərrüatı barədə ətraflı məlumat verilmir.
Noyabrın 20-də 10-dək ekstremist binaya soxularaq təxminən 170 nəfəri girov götürüb.
Bir qədər sonra girovlardan 80-ni azad edildi.
Buna da bax: Ermənistan rayonları qaytarır?
Həmçinin hücum edənlərn 3-nünü öldürülməsi barədə məlumatlar var.
Əməliyyata yerli qüvvələrlə yanaşı BMT-nin sülhməramlı əsgərləri və Malidə islamçı yaraqlılara qarşı mübarizə aparan Fransa qüvvələri dəcəlb edilib.
İyunda hökumətlə üsyançı tuareq qüvvələri arasında sülh razılaşması imzalansa da bu cür hücumlar davam edir.
Üsyançılar ölkənin şimalında fəaliyyət göstərirlər.
Yerli və beynəlxalq sülhməramlı qüvvələr hələ də ölkənin şimalını tam nəzarətə götürə bilməyiblər.