Rahmon millətin "ömürlük lideri" olur

-

Tacikistan parlamentinin aşağı palatası prezident Emomali Rahmona “Millətin lideri” adı və ömürlük toxunulmazlıq hüququ verilməsinə səs verib.

Qanun layihəsində bildirilir ki, o, dövlət başçısı olduğu dövrdə elədiklərinə görə məhkəməyə cəlb oluna bilməz.

Həmçinin onun ailə üzvləri və bütün əmlaklarına toxunulmazlıq hüququ verilməsi, qohumlarının müdafiə olunması nəzərdə tutulur.

Rahmon 1991-ci ildən prezidentdir.

Qanun layihəsini Yuxarı palatanın da təsdiqləyəcəyi gözlənilir.

Müxalifət və tənqidçilər bunu demokratiyadan geriyə daha bir addım hesab edirlər.

Buna da bax: Tacikistan hökuməti aztəminatlı ailələrdən olan 64 cütlüyə eyni gündə toy edib

Hökumət 64 kasıb çütlüyə toy edib