Baş nazirin getməsi tələb olunur

Kişinyovda etirazlar -- 22 yanvar 2016

-

Yanvarın 22-də müxalif nümayişçilər Moldovada növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər. Onlar yeni avropayönümlü hökumətin istefasında istəyirlər.

Artıq üçüncü gündür ki, paytaxt Kişinyovun mərkəzində toplaşan minlərlə insan İctimai Televiziyanın və Müdafiə Nazirliyinin mərkəzi binasına doğru yürüş edirlər.

Etirazçılar yanvarın 24-nə yeni mitinq təyin ediblər.

Moldovanın Konstitusiya Məhkəməsi müxaliflərin növbədənkənar seçkilər keçirilməsi ilə bağlı ümidini gözündə qoyub. Yanvarın 20-də parlament tərəfindən təsdiqlənmiş baş nazir Pavel Filip isə Nazirlər Kabinetini buraxmaqdan imtina edib.

Etiraz liderləri geri çəkilmək niyyətində deyillər, onlar Filip-i istefaya göndərmək məqsədilə parlamentin növbədənkənar sessiyanın çağırılması üçün lazımı qədər imza toplayacaqlarını bildiriblər.

Moldovalıların bəzisi hakim Demokratik Partiyanın üzvü Filip-in baş nazir olmasına etiraz edirlər. Onun mübahisəli imicə malik olan oliqarx Vlad Plahotniuc tərəfindən idarə edildiyi deyilir. Korrupsiya ilə mübarizə hərəkatının önündə gedən partiyaların rəhbərlərinin birliyi az ehtimal olunandır. Çünki onların bir hissəsi Avropa, digər hissəsi isə rusiyayönümlüdür.