Saatda 351 kilometr sürət 

Sizin brauzer HTML5-i dəstəkləmir

Formula 1- Divarın arxasında qalanlar...

-

İyunun 17-də Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin ikinci test yürüşündə saatda 351 kilometr sürət qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, “Torro Rosso”nun pilotu Karlos Sayns bu sürət göstəricisi ilə yarışın ilk gününün rekordçusu olub.

Formula-1 Avropa Qran-pri yarışlarında maksimim sürət saatda 340 kilometr nəzərdə tutulur.

İyunun 18-də «Formula-1» üzrə sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün – iyunun 19-da Avropa Qran-pri yarışları və GP2 üzrə 2-ci yürüş gerçəkləşəcək.