Rusiya prezidenti Vladimir Putin rusiyalı turistlərin Türkiyəyə səfərinə qoyulmuş qadağanı qaldırır.
Kremlin məlumatına görə, belə bir razılaşma Vladimir Putinlə Türkiyə prezidenti Racep Tayyip Erdogan arasında keçirilən bugünkü telefon söhbəti zamanı əldə olunub.
Bu Türkiyənin ötən ilin noyabrında Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurmasından sonra liderlər arasında ilk telefon söhbətidir.
Həmçinin Putin ticarət əlaqələrinin bərpa olunması üçün nazirlərə göstəriş verəcəyini deyib.
İyunun 29-da Moskvanın təşəbbüsü ilə keçirilən telefon söhbəti 45 dəqiqə çəkib.
Məlumatlara görə söhbət çox səmərəli olub.
Prezidentlər həmçinin görüşmək, terrorçuluqla mübarizədə əməkdaşlığı bərpa etmək qərarına gəliblər.
Qeyd edək ki, Türkiyənin ötən ilin noyabrında Türkiyə sərhədi yaxınlığında Rusiya təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşib.
Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib, Ankara ilə birgə layihələrdən çıxıb.
Türkiyə təyyarənin onun hava məkanını pozduğunu, Rusiya isə onun Suriya ərazisində vurulduğunu təkid edir.
Türkiyə prezidenti Racep Tayyip Erdogan bundan əvvəl Kremlə məktub göndərərək insidentdən təəssüfləndiyini bildirib, və həmin vaxt həlak olan pilotun ailəsindən üzr istəyib.
Rusiya təyyarəsi Türkiyə sərhəddində belə vuruldu
Sizin brauzer HTML5-i dəstəkləmir
DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 29 iyun
Sizin brauzer HTML5-i dəstəkləmir