İranda modern Azərbaycan ədəbiyyatı haqda kitab çıxıb

İranda Azərbaycan ədəbiyyatı haqda nəşr olunan "Modernizm çağdaşlığı" kitabı.

-

İranda Azərbaycan ədəbiyyatı haqda "Modernizmin çağdaşlığı" kitabı nəşr olunub

Təbriz Univerisitetinin nəzdində çıxan "Saray" dərgisinin xüsusi sayı kimi çıxmış kitab üç bölümdən ibarətdir. Birinci bölümdə o tay-bu tay Azərbaycan ədəbiyyatçıları ilə modernizm mövzusunda altı müsahibə təqdim olunur, ikinci bölümdə beş yazarın: Nasir Mənzuri, Nasir Mirqati, Himmət Şəhbazı, Hadi Qaraçay və Ərəstun Mücərrədinin modernizm haqda məsələlərə baxışları, üçüncü bölümdə isə Eyvaz Taha, Himmət Şahbazi, Şərif Mərdi və İbrahım Savalanın dörd müəllif yazısı verilib. Beləliklə kitabda Himmət Şəhbazi, Aqşin Yenisey, Heydər Bəyat, Məhəmməd Sübhdel, Həsən Riyazi (İldırım), Elyad Musəvi, Məhəmməd Rəhmanifər, Rüqəyyə Kəbiri, Kiyan Xiyav, Hadi Qaraçay- və Səlim Babullaoğlunun ədəbiyyatda modernizm haqda fikirləri toplanıb.

İranda yaşayan azərbaycanlı yazar Afşin Şahbazi.

Kitabı ərsəyə gətirən yazar Aşfin Şahbazı Oxu Zalına deyib ki: "İran Azərbaycanında modern şeirin modernizm qaydalarına uyğun gəlib gəlməməsi, modern ədəbiyyatımızın hardan başlayıb hara qədər inkişaf etməsi, səviyyəsi haqda mülahizələri bir yerə toplayıb kitab şəklində hazırlamağı qərara aldıq".

Afşin Şahbazi qeyd edib ki, "Fars şeirində Nima Yuşiç, İran Azərbaycanı şeirində isə Həbib Sahirin ilk dəfə klassik şeirdən qopub sərbəst şeir yazmağa başlaması İran modern şeirinin başlanğıcıdır".