"ADO" yer verməsi üçün nazirliyə müraciət etdi

Müstəqil Azərbaycan teatrı ADO teatr

-

ADO nazirliyə müraciət etdi – Teatr 3 yaşını qeyd edəcək

Müstəqil, art-underground ADO teatrı 15 iyul tarixində 3 yaşını qeyd edəcək. Bu barədə teatrın təsisçi və bədii rəhbəri Elmin Bədəlov deyib: “Eyni zamanda 4-cü mövsümümümüzün açılışı olacaq. Biz xüsusən yay aylarında işləmirik. Çünki teatrı yaradanda məqsəd o idi ki, dövlət teatrları 15 iyuldan sonra istirahətə gedəndə biz fəaliyyətə başlayaq. Bu məqsədlə yay aylarında əsas işlərimiz olacaq və iyulun 15-də 3 yaşımızla əlaqədar bir sıra tədbirlər həyata keçirəcəyik”.

"ADO" teatrın Tiflisdə oynadığı "Stop" tamaşasından bir səhnə.

Teatr rəhbərinin sözlərinə görə, onlar Mədəniyyət və Turizm Nazirliyinə, Teatr Xadimləri İttifaqına rəsmi müraciət də ediblər: “Gün ərzində 3 tədbir planlayırıq. Səhər saat 12-də mətbuat konfransı edəcəyik. 3 il ərzində gördüyümüz işlər və görüləcək işlər haqda planlarımızı açıqlayacağıq. Saat 19:00-da STOP tamaşasını göstərəcəyik və 21:00-dan gecəyə kimi musiqili konsertimiz baş tutacaq. Konsertdə gənc musiqiçilərin çıxışları olacaq. Tədbirlər sayı çox olduğundan nazir Əbülfəs Qarayevə və Aktyorlar Evinin rəhbəri Azər Paşa Nemətova müraciət etmişik ki, 1 günlük tədbirlər keçirilməsi üçün bizə yer verilsin”.

Qeyd edək ki, 2013-cü il 15 iyul tarixində Oda Teatrı yaradılıb. Bir neçə ay bundan öncə Oda Teatrı, Fraqment Mədəniyyət Portalı, Trash Art Cafe, ADO teatrı kimi bütün fəaliyyətlərini yalnız bir ad altında – “ADO Theatre” adı ilə fəaliyyətlərinə davam edirlər. Onlar müstəqil və alternativ teatr fəaliyyətlərinin 3 yaşını, 4-cü mövsümlərinin açılışına hazırlıq görürlər.