Galeotti: "Lənkəranskinin öldürülməsini çoxları istərdi"

Rövşən Lənkəranskinin dəfni

Rusiyanın kriminal dünyası üzrə ekspert və bir sıra kitbalrın müəllifi, Çex Beynəlxalq Münasibətlər İnstitutunda baş araşdırmaçı və Beynəlxalq Münasibətlər üzrə Avropa Şurasında təhlilçi , Mayak İntelligence təşkilatında direktor olan Mark Galeotti Azadlıq Radiosunun

Rövşən Lənkəranskinin ölümü ilə bağlı suallarını cavablandırıb.

Azadlıq Radiosu – Sizcə, Rövşən Lənkəranskinin ölümünün arxasında nə və ya kimlər dayana bilər?

Mark Galeotti

Galeotti – Rövşən Lənkəranskinin ölümünü Rusiyanın cinayəıtkar aləmində bir çoxları istəyə bilərdi. Onlar Ded Xasanın ölümü ilə bağlı olan gürcü mafiyasından, Tariyel Onianidən tutmuş,slavyan mafiyasına qədər geniş dairəni əhatə edir. Rövşən Lənkəranskini iki səbəbdən düşmən hesab edə bilərdilər. Birincisi, Rusiyanın təhlükəsizlik aparatı ilə vaxtaşırı işləməyə razı olması və ikincisi, Rusiyanın kriminal dünyasında gənc nəsillə köhnə nəslin davası-köhnə nəsildən çoxları gənc nəslin nümayəndəsi olan Lənkəranskinin öldürülməsini istərdi.

Azadlıq Radiosu- Heydər Əliyev dövründə “vor zakon”lar Azərbaycandan qovulub, çıxarılmışdı. Ancaq indi “vor zakon” Rövşən Lənkəranski ilə bağlı xəbərlər Azərbaycan mediasından düşmür, onun dəfninə ən azı 60-70 min adam gəlib. Bunu nə ilə izah etməkolar?

Galeotti- Azərbaycanda cinayətkar aləm bir çox hallarda dövlətin bir hissəsidir. Ya da dövlətin nəzarətindədir. Rövşən Lənkəranski kənarda nə eləsə də daxildə rejimə qarşı çıxmırdı.

Ancaq mən düşünürəm ki, Rövşən Lənkəranskinin belə populyar olmasının səbəbi odur ki, Rusiyanın cinayətkar aləmində uzun müddət slavyan və gürcü mafiyaları dominant olub və Lənkəranski bu mafiyaların aparıcı roluna qarşı çıxan azərbaycanlı idi.

Azadlıq Radiosu – Lənkəranskinin dəfninə gələn bir yerli sakin deyir ki, “indi bizə Moskvada çətin olacaq. O, hamımıza kömək edirdi. Bir quldur, polis, OMON bizi incidə bilmirdi”

Galeotti – Qanqsterlər Robin Qud imicini sevirlər. Mən əminəm ki, Lənkəranski onları bazarlarda qoruyurdu. Ancaq onu da demək olar ki, uğurlu qansterlər həmişə Robin Qud imicində olurlar.

Azadlıq Radiosu -Bir yerli insan haqları müdafiəçisi deyir ki,hüquq olmayanda “vor zakon” qəhrəman olur...

Galeotti- Bu, Azərbaycanda və ümumiyyətlə post-sovet məkanında problemli məsələdir: qanunun işləməməyi. Polisin, məhkəmələrin siyasi hakimiyyətin nəzarətində olmağı. Cinayətkar aləm harda çiçəklənir? - Korrupsiyalaşmış dövlətdə.