SOCAR neft məhsulları ixracatının həcmini açıqlayıb

SOCAR

SOCAR bu ilin noyabrında 83 min 12 ton dizel yanacağı, 2 min 843 ton təyyarə yanacağı ixrac edib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yaydığı məlumatda bildirilir.

Buna da bax:​ SOCAR Gürcüstanın neft-qaz şirkətinin səhmlərini ala bilər

Neft şirkəti bildirir ki, bu ilin yanvar-noyabr ayları ərzində 676 min 171 ton dizel yanacağı, 174 min 35 ton təyyarə yanacağı ixrac olunub.

Bu ilin noyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 471,35 ABŞ dolları, təyyarə yanacağının - 440,42 dollar, dizel yanacağının - 408,57 dollar, 1% kükürdlü mazutun qiyməti - 257,85 dollar olub.

Buna da bax: Bəs SOCAR-ın pul problemi yox idi?!

Neft şirkəti bundan başqa da, bir neçə adda neft məhsulları satıb.

Ancaq məlumatda SOCAR-ın bu məhsulların ixracından nə qədər gəlir əldə etdiyi göstərilməyib.