'Yaşıl dəhliz' işə düşüb

Aydın Əliyev, DGK-nın sədri.

Dekabrda Azərbaycanın gömrük-keçid məntəqələrində “Yaşıl dəhliz” sistemi işə salınıb.

Bu haqda Dövlət Gömrük Komitəsi xəbər verir.

Məlumatda bildirilir ki, “Nestle Azərbaycan”, "Karat Holdinq", "McDonalds", "Procter and Gamble", "Avrora", "İdxal", "AMD Trade", "İmeks" və "Crokurs" “yaşıl dəhliz”dən istifadə ediblər.

Buna da bax:​ 'Amerika Azərbaycanda xarici investisiyaların 80 faizini təşkil edir'

Komitəsi qeyd edir ki, adıçəkilən şirkətlərin bir neçəsinin sistemdən istifadəsi zamanı özündə nüfuzlu şirkət nümayəndəliklərini birləşdirən Amerika Ticarət Palatasının (AMCHAM) müraciəti nəzərə alınıb.

Prezident İlham Əliyev bu ilin may ayında “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün «Yaşıl dəhliz» və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nı təsdiqləmişdi.

Buna da bax: Gömrükdə «yaşıl dəhliz»

Qaydalar avqustun 1-dən qüvvəyə minmişdi.

Gömrük orqanları sistemində tətbiq olunan «Yaşıl dəhliz» (malları və ya nəqliyyat vasitələrini yoxlamadan buraxılış) ən rahat sistem sayılır.