Bu gün – sentyabrın 25-də isveçli iqlim fəalı Greta Thunberg “Nobel mükafatına alternativ” kimi tanınan “Dürüst Həyat Mükafatına” (Right Livelihood Award) layiq görülüb. Ümumilikdə mükafatın dörd laureatı var.
Mükafat fondu bildirir ki, Thunberg mükafata “iqlim dəyişikliyi üzrə təcili addımlar atmağa siyasi tələbi həvəsləndirdiyinə və gücləndirdiyinə” görə layiq görülür.
16 yaşlı fəalın Nobel Sülh Mükafatına da namizədliyi verilib.
İllik Dürüst Həyat Mükafatı 1980-ci ildə, təsisçisi, isveçli-alman xeyriyyəçi Jakob von Uexkull-un fikrincə, Nobel mükafatlarının gözardı etdiyi işlərə görə təsis edilib.
Dörd qalibin hər birinə 1 milyon kron (103 min dollar) veriləcək.
Buna da bax: 66 ölkə 2050-dək karbon qazı emissiyasını sıfra endirməyi vəd edir“Qlobal hərəkatın tərkib hissəsiyəm”
Braziliyanın yerli tayfasını təmsil edən Davi Kopenawa və Hutukara Yanomami Assosiasiyası mükafata Amazon meşəsi və əhalisini qoruduğuna görə; mərakeşli fəal Aminatou Haidar Qərbi Sahara uğrunda “davamlı qeyri-zorakı fəaliyyətinə”; çinli hüquqşünas Guo Jianmei isə Çində qadın hüquqları uğrunda işinə görə mükafata layiq görülüb.
Təqdimetmə mərasimi dekabrın 4-də, Nobel mükafatlarının təqdimatından altı gün öncə keçiriləcək.
Dürüst Həyat Fondunun Thunberg-in adından yaydığı bəyanatda deyilir ki, “Nə vaxtsa mükafat almağım mənim qalib olmağım demək deyil. Mən canlı planetimizin müdafiəsinə qalxmış məktəblilərin, gənclərin, bütün yaşlardan olanların qlobal hərəkatının tərkib hissəsiyəm”.
“Bu, Gələcək üçün Cümələr və iqlim tətilləri hərəkatının irimiqyaslı tanınmasıdır”, – o söyləyib.
Buna da bax: Dünyada iqlim etirazları keçirilirThunberg kampaniyaya ötən il avqustun 20-də başlayıb, iqlim dəyişikliyinə etiraz olaraq həftədə bir dəfə dərsə getməyərək İsveç parlamenti qarşısında təkadamlıq aksiya keçirib. Onun solo etirazı isə dünyada milyonlarla adamı qlobal istiləşməyə qarşı etirazlara həvəsləndirib.
Ötən cümə günü dünyanın onlarla ölkəsində etirazlara milyonlar qatılıb.
Thunberg hazırda Nyu Yorkda, BMT-nin iqlim konfransında iştirak edir. O, bazar ertəsi iqlim dəyişikliyi üzrə keçirilən sammitə toplaşanları dəfələrlə “Buna necə cürət edirsiz” deməklə danlayıb. “Biz kökümüzün kütləvi kəsilməsinin başlanğıcındayıq, siz isə yalnız pul haqda danışa bilirsiz. Bizi bada verirsiz”, – o deyib.
Gənc fəalın namizədliyi Nobel sülh mükafatına da təqdim olunub və bukmeykerler onun mükafatı almaq şansını yüksək qiymətləndirirlər.