İsrailin “Haaretz” qəzeti Azərbaycanın Quba rayonunda yerləşən Qırmızı qəsəbədən məqalə dərc edib. Müəllif Jacob Judah bu qəsəbənin dağ yəhudilərinin məskəni, İsraildən kənarda tamamilə yəhudilərin yaşadığı iki şəhərdən biri olduğunu yazır. Digəri Nyu Yorkda yerləşir.
Yerli sakinlər jurnalistə fəxrlə zəngin övladlarının xaricdə yaşamasından danışıblar. Bu qəsəbədə dəbdəbəli saraylar yerləşir, bir neçə milyarderin vətəni sayılır.
Qəsəbənin başçısı Yafa Yadadayeva qəsəbənin rəsmən 3 min 640 sakini olduğunu, ancaq əslində daimi olaraq 500 nəfərin yaşadığını vurğulayıb. Rusiyada, başqa yerlərdə işləyənlər isə qəsəbəyə ya yayda, ya dini bayramlarda gəlirlər.
Buna da bax: İranda hökumət fraksiyalarının kibermüharibəsiƏliyev “sizə baxır”
Məqalədə daha sonra dağ yəhudilərinin, qəsəbənin tarixindən söz açılır, yerli sakinlər öz xatirələrini bölüşür, doğma yerlərinin indi çox dəyişdiyini deyirlər. Müəllif müasir Azərbaycanın avtoritar diktaturaya çevrildiyini, 1993-cü ildən bəri Əliyevlər sülaləsi tərəfindən idarə olunduğunu qeyd edir. 2003-cü ildə vəfat etmiş keçmiş prezident Heydər Əliyev “Qırmızı Qəsəbədə gəzdikcə böyük plakatlardan sizə baxır, mağazaların divarlarına, hökumət binalarına da onun fotoları vurulub. Yerli parkda Əliyevin qızılı heykəli sanki taxtda oturaraq krallığına nəzarət edir”, – müəllif yazır.
Di gəl, yerli sakinlər Əliyevlər haqda müsbət fikirlər səsləndiriblər. “Azərbaycan güclü və xoşbəxt ölkə olduğu üçün sağ qalmışıq”, – çayxana sahibi deyib.
Yadadayeva söyləyib ki, yerlilər “Əliyevlər olmasaydı, başlarına nə gələcəyini təsəvvür eləmirlər. Bu haqda düşünmək belə çətindir”.
Buna da bax: Uelsli azarkeşləri Bakıya gəlməyin ‘'dərdi alıb’ – Qərb mediasıQeyd edək ki, Azərbaycan hakimiyyəti ölkənin diktaturaya çevrilməsi, insan haqlarının tapdanması haqda beynəlxalq təşkilatların, medianın tənqidlərini qəbul eləmir. Hakimiyyət təmsilçiləri bütün təməl və hüquq və azadlıqların qorunduğunu bildirir.
Müəllif ölkənin xaricdə öz imicini cilalamağa milyonlar xərclədiyini yazır. Kiçik, təhlükəsiz yəhudi icmasına dəstək də bu nağılın bir hissəsidir. Dəstək isə daha çox regionun varlı yəhudi biznesmenlərinin köməyilə həyata keçirilir.
“Azərbaycanla İsrailin münasibətlərinin sıx olmasına baxmayaraq, Bakı İsraildə səfirlik açmayıb, ölkəiçində və xaricdəki vacib tərəfdaşlarını məyus etmək istəməyib. Münasibətlər qeyri-rəsmi şəkildə AZAL-ın İsrail ofisi vasitəsilə həyata keçirilir”, – məqalədə vurğulanır.
“Yəhudilərə qeyri-rəsmi muxtariyyət verilib. Buna görə də Azərbaycandakı yəhudilər belə uğur qazanıblar. Onlar sadiq və etibarlıdırlar”, – Qırmızı Qəsəbənin yəhudiləri üzrə ekspert Vidadi Muradov söyləyib.
Ancaq müəllif Qubada Qudyalçayın o tərəfindəki sakinlərin bu qəsəbəyə həsədlə baxdığını yazır.
«Orada yəhudilər təcrid olunmuş kimi, kompakt yaşayırlar. Onlar varlıdırlar. Böyük evləri, daha yaxşı yolları var», – 26 yaşlı tarix müəlliməsi Fidan deyib.