Google 150 milyon avro cərimələndi

Google şirkətinin London ofisi

Fransanın rəqabət üzrə dövlət orqanı Google (GOOGL.O) şirkətini 150 milyon avro (167 milyon dollar) cərimələyib. Səbəb kimi şirkətin qeyri-rəqabətli davranışı, Google Ads səhifəsində aydın olmayan reklam qaydalarıdır.

Fransa və digər Avropa ölkələri ABŞ-ın Google, Facebook (FB.O), Apple (AAPL.O) və Amazon (AMZN.O) kimi nəhəng texnologiya şirkətlərinə nəzarəti getdikcə gücləndirir. Bu şirkətlər nisbətən az vergi ödənişlərinə görə tənqid olunurlar.

“Qeyri-adi” dominantlıq

Sentyabrda Google Fransa hakimiyyətinə 1 milyard avro ödəməyə, bununla da dörd il öncə başlamış maliyyə fırıldağı işini həll etməyə razılaşıb.

Buna da bax: Facebook və Google insan haqlarını necə ‘pozur’

Dünyanın ən böyük internet axtarış mühərriki olan Google axtarış nəticələri və reklamlarda irəli çəkdiyi görə kontentə görə də getdikcə daha çox nəzarətlə üzləşir.

Fransanın rəqabətlilik üzrə dövlət orqanının rəhbəri Isabelle de Silva mətbuat konfransında deyib ki, Google şirkətinin reklam biznesində “qeyri-adi” dominantlığa malikdir. Şirkətin bu sahədə payı 90 faizə yaxındır.

Google cərimə qərarından şikayət verəcəyini bildirir.

Yanvarda Fransanın datanın qorunmasına nəzarət orqanı Google şirkətini Avropa Birliyinin onlayn gizlilik qaydalarını pozduğuna görə 50 milyon avro cərimələmişdi.

Həmin qərarda deyilir ki, Google istifadəçilərə onların şəxsi informasiyasının necə idarə etdiyi haqda bilgiləndirən zaman şəffaflıq və aydınlığa əməl etməyib, şəxslərə ünvanlı reklamlar üçün onların razılığını almayıb.