Cümə günü – fevralın 21-də İranda keçiriləcək parlament seçkisinin Ali dini lider Ayətulla Ali Khamenei-nin səlahiyyətini gücləndirəcəyi gözlənir. Bu seçki ölkənin nüvə proqramına görə Birləşmiş Ştatların artan təzyiqi və ölkəiçi narazılıqla üzləşdiyi bir məqamda keçirilir.
Sərt xətt tərəfdarı olan Mühaffizlər (Ekspertlər) Şurası islahatpərəst və aparıcı mühafizəkarların namizədliyini təsdiqləməyib. Yəni seçicilər Khamenei-yə sadiq sərt xətt tərəfdarları və elə də böyük nüfuz sahibi olmayan mühafizəkarlar arasında seçim etməli olacaq.
Prezident seçkisini gözə alıblar
“Reuters” yazır ki, mühafizəkarlar da sərt xətt tərəfdarları kimi hakim teokratiyanı dəstəkləyir, amma onlardan fərqli olaraq kənar dünya ilə daha artıq işləməyin tərəfdarıdır.
Daha geniş siyasi və sosial azadlıqlar tələb edən mötədillər və praqmatiklər isə əsasən seçkiyə buraxılmayıblar.
1979-cu il islam inqilabından bəri İranda 11-ci dəfədir parlament seçkisi keçirilir.
Buna da bax: ABŞ-da seçkini ‘satın almaq’ iddiaları – Qərb mediasıNamizədlər hökumət komitələri, daha sonra isə Mühaffizlər Şurası tərəfindən dərindən yoxlanıb. İlkin olaraq 16 min nəfər namizədliyini vermişdi, onlardan 7 min 150 nəfəri seçkiyə buraxılıb. İndiki deputatların üçdə birinə yenidən namizəd olmaq şansı tanınmayıb.
Seçkidə heç bir namizədi qeydə alınmayan mötədillər bu səsverməyə sərt xətt tərəfdarlarının 2021-ci il prezident seçkisində dominantlıq etmək cəhdi kimi baxırlar.
Daxili İşlər Nazirliyi İranda 82 siyasi partiyanın, 34 əyalət səviyyəsində partiyanın olduğunu deyir. Ancaq İslam Respublikasında nizamlı partiya üzvlüyü ənənəsi, yaxud detallı partiya platformaları mövcud deyil. Bəzi namizədləri birdən artaq qrup dəstəkləyir.
İran konstitusiya parlamentdə dini azlıqlar üçün beş yer nəzərdə tutur.
İranın 83 milyonluq əhalisinin 53 milyonunun yaşı 18-dən yuxarıdır.
Bülletenlər əllə sayıldığından yekun nəticə üç gündən tez bilinməyəcək. İlkin nəticələr daha tez elan oluna bilər.
Buna da bax: Huawei İranda etirazçıları izləməyə ‘kömək edib’Rohani xəbərdarlıq edir
“Frans Pres” agentliyi də cümə günü seçkisində mühafizəkarların yenidən qanunverici orqanı tam ələ alacağını yazır.
İranda parlamenti və Mühaffizlər Şurasını birbaşa xalq seçir.
Məclis qanunvericilik hazırlayır, beynəlxalq sazişləri ratifikasiya edir, dövlət büdcəsini təsdiqləyir. Parlamentin qəbul etdiyi qanunvericiliyi isə Mühaffizlər Şurası və prezident təsdiqləyir.
Parlamentin nazir vəzifəsinə namizədləri və prezidentləri sorğu-sual etmək, təsdiqləmək səlahiyyəti var.
290 yerə seçki hər dörd ildən bir keçirilir, 88 nəfərlik Ekspertlər Şurası isə hər səkkiz ildən bir.
Prezident Hassan Rouhani-nin alyansı parlament çoxluğunu itirə bilər deyə, namizədləri seçkiyə buraxılmayandan sonra İran “demokratiyası və milli suverenliyi”nə təhdidlərlə bağlı xəbərdarlıq edib.
İranda mühafizəkarlar əsasən Tehranın keçmiş meri Mohammad Bagher Ghalibaf ətrafında yığışır, o, özünü “texnokrat” adlandırır.
Onlar İranla dünya güclərinin 2015-ci il nüvə sazişini dəstəkləyiblər.
Ultra-mühafizəkarlar isə sərt xətt tərəfdarlarıdır, özlərini “inqilabçılar” sayırlar. Onlar nüvə sazişinə, Qərblə hər hansı danışıqlara qarşı çıxırlar.
Adətən, İranın iki əsas siyasi fraksiyası namizəd siyahısı təqdim edirlər. Amma bu seçkidə parçalanmış vəziyyətdədir. İslahatçıları seçki dairələrinin 70 faizinsən çoxunda “ədalətli” yarışmanın mümkünsüz olduğunu, Tehran üçün vahid siyasi ortaya qoya bilməyəcəklərini deyiblər.