Kalininqradda yoluxmalar necə ‘azaldı’

Moskvada Şeremetyevo aeoroportu

Rusiyanın qərbindəki Kalininqrad eksklavında yeni koronavirusa yoluxma halları rəsmi statistikada azalır. May-iyun arası gündəlik 40-50 yoluxma, iyul-avqustun əvvəlində isə 10-20 yoluxmanın olduğu açıqlanıb.

Regionda pandemiya başlanandan 45, onlardan 8-nin iyulun 1-dən vəfat etdiyi bildirilir.

Test sayı kəskin azalıb

Ancaq bir sıra yerli sakinlər həyəcan təbili çalışır, bu mənzərənin testlərin sayının kəskin azalmasıyla izah edir.

“Məncə, hakim orqanlar sadəcə, turizm mövsümünü korlamaq istəmirlər. Onlar hər yeri bağlamaq istəmirlər”, – Kalininqraddan jurnalist Oksana Shevchenko deyib.

Buna da bax: Moskvada məmurlara peyvənd olunmağı təklif edirlər – Qərb mediası

Shevchenko 480 min əhalisi olan şəhərdə pandemiyanı özü araşdırıb. Ekslavda ümumilikdə 1 milyon nəfərin yaşadığı bildirilir. Jurnalistdə ötən ay yoluxma simptomları yaranıb, başağrısı, öskürək, 38,4 dərəcə qızdırması olub, təngnəfəslik yaranıb.

O, yaxınlıqdakı klinikaya telefonla düşə bilmədiyindən, özü getməli olub. Deyir, saat yarım növbədə gözləyəndən sonra həkimin qəbuluna düşə bilib.

O ciyərlərinə, boğazıma baxdı və məni evə göndərdi. Dedi ki, ciyərlərim təmizdir, antivirus dərmanı alım. Tapşırdı ki, narahat olmayım”, – deyən jurnalistdən koronavirus testi götürülməyib. Bir neçə gündən sonra iybilmə qabiliyyəti itən Shevchenko bir d aha klinikaya gedir və bu dəfə də ona evə getməyi, öskürək dərmanı içməyi tapşırırlar.

Buna da bax: ABŞ-da koronavirusdan bir gündə 2 mindən çox xəstə ölüb

Test pozitiv çıxır...

Bir həftəyə yaxın üç uşağıyla bir mənzildə qalan Shevchenko özəl klinikada pulla test verir. İyulun 28-də test pozitiv çıxır və onu Kalininqradın əsas yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirirlər.

Kalininqrad regionu iyulda iqtisadi açılımın ikinci fazasına daxil olub. Bütün kafelər, restoranlar, otellər, kurort və sanatoriyalar açılıb.

Koronavirus statistikasını Rospotrebnadzor-un yerli filialı aparır və məsələnin şərhindən imtina edib. Agentlik regionda testdən keçənlərin sayını açıqlamır.

Səhiyyə Nazirliyinin yerli idarəsinin məlumatına görə, testlər pulsuz tibbi xidmətlərə daxil deyil və ona görə də spesifik tibbi əlamətlər və ya Rospotrebnadzor-un təlimatı əsasında aparılır.

Pandemiya başlanandan Rusiyada rəsmi koronavirus statistikası ciddi şübhə doğurub. Mayda həkimlər arasında aparılan sorğu üzə çıxarıb ki, onların 35 faizindən çoxuna COVID-19 statistikası ilə manipulyasiya təlimatı verilib.

Rusiyada hazırda 875 mindən çox yoluxma, 14 min 600-dən artıq ölüm qeydə alınıb.