BMT Təhlükəsizlik Şurasının bir çox indiki və keçmiş üzvləri Belarusun sərnişin təyyarəsini məcburən endirməsini qətiyyətlə pisləyiblər.
Estoniya tərəfindən hazırlanmış və Fransa, İrlandiya, Belçika, Almaniya, Norveç, Birləşmiş Krallıq və Birləşmiş Ştaların dəstəklədikləri bəyanatda deyilir:
"Bu, Belarus hakimiyyətinin öz xalqına qarşı repressiyasında yeni və son dərəcə təhlükəli fazanın başlanmasından xəbər verir”.
Bəyanatda bildirilir ki, hadisə “beynəlxalq mülki aviasiya və Avropa Təhlükəsizliyinə qarşı açıq hücumdur”.
Fransa, Britaniya və ABŞ BMT Təhlükəsizlik Şurasının daimi, Estoniya, İrlandiya və Norveç hazırkı, Belçika və Almaniya isə keçmiş rotasiyalı üzvləridir.
Associated Press yazır ki, bu ölkələr təyyarə ilə bağlı insident barəsində təhqiqat keçirilməsini, təyyarə Minskdə məcburən endirildikdən sonra həbs olunmuş bloger Roman Protaseviçin dərhal azad olunmasını tələb ediblər.
Bu məsələni bundan əvvəl BMT Təhlükəsizlik Şurası iclasının əsnasında Estoniya, İrlandiya və Norveç qaldırmışdılar.
Lakin diplomatlar BMT Təhlükəsizlik Şurasının Belarusa qarşı hər hansı praktik qərar qəbul edəcəyinə şübhə ilə baxırlar.
Buna əsas səbəb BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Rusiyanın veto hüququna malik olması və Belarusu dəstəkləməsidir.
Buna da bax: Barselonaya uçan Belarus təyyarəsi geriyə dönməli olubAvropanın aviasiya orqanı Belarus səmasına girməməyə çağırır
Avropanın aviasiya üzrə tənzimləyici orqanı bütün hava şirkətlərini təhlükəsizlik səbəblərindən Belarusun hava məkanına girməməyə çağırıb. Ölkənin avtoritar lideri Alyaksandr Lukaşenka isə mülki təyyarəni Minskdə zorla endirməsi qərarını müdafiə edib.
Mayın 23-də Avropa Birliyi (AB) üzvləri olan Yunanıstandan Litvaya uçan “Ryanair” təyyarəsi qırıcının müşayiətilə Minskə endirilib, güc strukturları təyyarədəki jurnalisti sevgilisi ilə birlikdə həbs edib.
Buna da bax: Belarus üzərindən uçuşları dayandırırlar
Latviyanın qərarı
AB-nin Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) mayın 26-da blokun hava nəqliyyatı şirkətlərinə, eləcə də qeyri-AB şirkətlərinə tövsiyə edib ki, fövqəladə vəziyyət yaranmasa Belarusun hava yollarından istifadə etməsinlər.
Lukaşenka isə Minskdə jurnalistlərə deyib ki, o, “qanuni hərəkət edərək” xalqını qoruyub, çünki Belarus hakimiyyəti İsveçrədən bomba siqnalı alıb, sonradan təyyarədə bomba olmadığı üzə çıxıb.
AB-nin bəzi liderləri insidenti “dövlət səviyyəsində təyyarə qaçırma” adlandırıb. Bu arada Lukaşenkaya təzyiq gücləndirilib. Qərb liderləri Roman Protaseviçi və onun sevgilisi Sofiya Sapeqanı buraxmağa çağırırlar.
AB hələ EASA-nın xəbərdarlığından öncə Belarusla hava əlaqələrini kəsməyə başlayıb. Air France, Lufthansa, Singapore Airlines Belarusun hava məkanına girməməkdən ötrü marşrutları dəyişib. Latviyanın Nəqliyyat Nazirliyi Belarus təyyarələrinin ölkəyə girişini qadağan edib.
Buna da bax: Dünya Hokey Liqası Belarus bayrağının dəyişdirilməsinə etiraz edir
Kollektiv bəyanat real görünmür
Mayın 26-da BMT-nin Təhlükəsizlik Şurası qapalı iclasında bu məsələni müzakirə edəcək. Amma diplomatların fikrincə, şura üzvlərinin kollektiv bəyanat razılaşdıracağı real görünmür, çünki Rusiya Lukaşenkanı qətiyyətlə dəstəkləyir.
Həm Belarus, həm də Rusiya 23 may insidentinə beynəlxalq reaksiyanı rədd edib, Minskin təyyarənin istiqamətini qanun çərçivəsində dəyişdirdiyini bildirib.
Belarusu 1994-cü ildən idarə edən Lukaşenka “Avropanın sonuncu diktatoru” adlandırılır. O, ötən avqustda prezident seçkisinin qalibi elan olunandan sonra ölkədə kütləvi etirazlar baş verib. Minlərlə saxlanan olub, saxlananlara işgəncə verildiyi bildirilir.
“Nexta-Live” Telegram kanalının keçmiş administratoru, 26 yaşlı Protaseviç iğtişaşların təşkilində ittiham olunur, 15 ilədək həbsə məhkum edilə bilər. Bu kanal ötənilki etirazları geniş işıqlandırıb. Mayın 24-də yayılmış videoda isə Protaseviç hökumətə qarşı nümayişləri təşkil etdiyini “boynuna alıb”.
Buna da bax: Bayden Belarusun ‘azğın’ hərəkətini pisləyir
Dünya xəritəsində “qara nöqtə”
Avropa liderləri bu videonun təzyiq altında çəkilməsindən şübhələnirlər. Belarusun mühacirətdə yaşayan müxalifət lideri Svetlana Tixanovskaya isə videodan Protaseviçə işgəncə verildiyinin göründüyünü deyib.
23 yaşlı Sapeqa Rusiya vətəndaşıdır, Vilnüsdəki Avropa Dövlət Universitetində magistr təhsili alırdı. O, cinayətdə ittiham olunaraq barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Bu arada Belarus müxalifəti Lukaşenkaya qarşı etirazların “yeni fazası”na hazırlaşdığını bəyan edib.
Mayın 26-daə Tixanovskaya müxalifətin Koordinasiya Şurası ilə birgə bəyanatında bildirib ki, “qanunsuz rejimin ehtiyatsız addımları nəticəsində Belarusun dünya xəritəsində ‘qara nöqtə’yə çevrilməsi yanaşmasından həmfikirdirlər”.
Müxalifət avqust seçkisini Tixanovskayanın udduğunu deyir.
AB, Birləşmiş Ştatlar və digər Qərb ölkələri artıq Lukaşenka rejiminə sanksiyalar tətbiq edib.