İctimai Palata aksiyaya hazırlaşır

İctimai Palatanın toplantısı

Aprelin 12-də Müsavat Partiyasının başqanı İsa Qəmbərin sədrliyi ilə İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirilib.

Koordinasiya Şurasının üzvü Mehriban Vəzir AzadlıqRadiosuna deyib ki, iclasda 17 aprel mitinqinə hazırlıq məsələsi müzakirə olunub. Qərara alınıb ki, İctimai Palatanın mitinq müraciətinə mənfi cavab verilsə, sanksiyalaşdırılmamış aksiya «Fəvvarələr» meydanında deyil, metronun «Sahil» stansiyasının yanındakı «Sahil bağı»nda keçirilsin.

Aprelin 11-də İctimai Palata aprelin 17-də «Nərimanov» kinoteatrının qarşısındakı meydanda mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.
İclasda 2 aprel aksiyasında təxribatçılar barədə dəlillərin Respublika Prokurorluğuna təqdim olunması da qərara alınıb.

Koordinasiya Şurasının növbəti toplantısı aprelin 15-də keçiriləcək.