Aprelin 20-də Fransada Eynulla Fətullayevin həbsinin 4-cü ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib.
Paytaxt Parisdə Azərbaycan səfirliyi qarşısından keçirilən aksiyaya «Sərhədsiz Reportyorlar», «Article 19», «Jurnalistlər evi» və «Amnesty International» təşkilatları dəstək verib.
Bu barədə AzadlıqRadiosuna Fransada mühacirətdə olan jurnalist Aqil Xəlil məlumat verib.
«Təxminən yarım saat ərzində səfirlik önündə olduq. Səfirliyin pəncərələrdən seyr edirdilər, həm də çox maraqlıdır, həmişəki kimi kamera ilə çəkirdilər. Ancaq heç bir reaksiya verilmədi. Biz sadəcə öz etirazımı etdik, Eynulla Fətullayevə azadlıq, Azərbaycan mətbuatına azadlıq tələb etdik. Sonda polisin müşayiəti ilə imzaladığımız bəyanatı səfirliyin poçt qutusuna atdıq».
Aprelin 20-də bir qrup azərbaycanlı jurnalist isə Eynulla Fətullayevə dəstək məqsədilə 1 günlük aclıq aksiyası keçirib.