ABŞ Rusiyaya qarşı ikinci sanksiyalar paketini tətbiq etdi.
Budəfəki sanksiyalar, keçmiş rusiyalı kəşfiyyatçı Sergei Skripal və qızı Yuliya Skripalın Böyük Britaniyada zəhərlənmələri ilə bağlıdır.
ABŞ Dövlət Departamentinin məlumatına görə avqustun 19-dan qüvvəyə minəcək sanksiyalar azı 1 il sürəcək.
Bəyanatda bildirilir ki, Vaşinqton, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da daxil olmaqla, beynəlxalq maliyyə təşkilatları tərəfindən Rusiyaya istənilən maliyə və texniki yardıma qarşı çıxacaq.
Yeni sanksiyalar həmçinin Rusiyaya bir sıra mallar və texnologilayarın satışına lisenziya verilməsini çətinləşdirir.
Buna da bax: ABŞ Rusiya hərbi kəşfiyyatının agentlərinə qarşı yeni sanksiyalar elan edirRusiyanın ABŞ-dakı səfirliyi bildirib ki, ABŞ-ın Skripal məsələsinə görə yeni sanksiyaları “bütün dünyaya, Vaşinqtonun günahsızlıq prezumpsiyasına tüpürdüyünü nümayiş etdirir”.
London dəfələrlə bəyan edib ki, 2018-ci ilin martında Sergei Skripal və qızı Yuliyanın Solsberi şəhərində zəhərlnmələrinin arxasında birbaşa Rusiya durur
Rusiya ittihamları rədd edir.
Buna da bax: Bellingcat: ‘Skripal-lara hücumu Londonda oteldən GRU zabiti koordinasiya edib’