ABŞ ‘çox güclü qeyri-nüvə silahını’ sınaqdan çıxarıb

Hipersonik raketin atışı

Havada süzən hipersonik aparatlar atmosferin yuxarı qatlarında buraxılıb və buradan səsdən beş dəfə çox, saatda 6200 kilometr sürətlə hədəfə göndərilib

Amerika hərbiyyəsi oktyabrın 26-da hipersonik silahın komponentlərini sınaqdan çıxarıb.

Pentaqon səsdən iti uçan raketlərin sınağını “uğurlu” adlandırıb.

Buna da bax: ABŞ Rusiyanın peykləri vurmaq hədəsinə cavab verdi

NASA-nın Virciniya ştatındakı dəniz start meydançasından onlarca eksperimentin keçirilməsi məqsədilə raket atılıb.

Sınaq vaxtı hipersonik silahın rabitə və naviqasiya avadanlığının işi, habelə “real hipersonik mühitdə” örtük materiallarının istiyə davamlılığı yoxlanıb.

Havada süzən hipersonik aparatlar atmosferin yuxarı qatlarında buraxılıb və buradan səsdən beş dəfə çox, saatda 6200 kilometr sürətlə hədəfə göndərilib.

Pentaqon yeni raketi meteoroloji raketin prototipi əsasında hazırlayıb.

Buna da bax: Rusiyada ağır cinayət törədənlərin səfərbərliyinə icazə verilir

Moskvanın hədələrinə cavab

Beləliklə Pentaqon qlobal zərbə üçün uzaqmənzilli qeyri-nüvə silahının komponentlərini sınaqdan çıxarıb.

ABŞ və onunla rəqabət aparan ölkələr son illərdə hipersonik silahların yaradılması templərini artırıblar.

Bunlar gələcək nəsil silahlar hesab olunur. Bu silahlar düşmənin zərbəyə ənənəvi üsullarla cavab verməsi üçün şans buraxmır.

Buna da bax: Qızıl çıxarılan kəndin sakini: ‘İstəyirlər biz köçək ki, şirkət genişlənsin’

Bu da vurğulanır ki, ABŞ-da bu silahların işlənməsi Rusiyada hipersonik silahların yaradılmasına və Moskvanın hədələrinə cavab sayılır.

Rusiya qitələrarası ballistik raketlərdən atılan Avangard raketinin artıq onun cəbbəxanasına daxil olduğunu rəsmən elan edib.