Yaxın həftələrdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulur.
Bunu dekabrın 13-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Türkmənistanın xarici işlər nazirləri ilə birgə keçirilən iclasda çıxışında deyib. Nazirlər Türkmənistanda bir araya gəliblər.
O vurğulayıb ki, iki ölkə arasında qarşılıqlı münasibətlərə dair müqavilənin mətni üzrə növbəti yenilənmiş təkliflər qarşı tərəfə təqdim edilib:
“Yaxın həftələrdə iki ölkənin xarici işlər nazirləri arasında müzakirələr üçün növbəti görüşün keçirilməsi nəzərdə tutulur. Azərbaycanın bu məsələdə də mövqeyi ardıcıl və prinsipialdır, beynəlxalq hüquqa və ədalətə əsaslanır.”
O ümid etdiyini bildirib ki, sülh məqsədilə atılan bu addımları nəhayət Ermənistan zəruri siyasi iradə və praktiki fəaliyyətlə cavablandırılacaq.
Buna da bax: Hikmət Hacıyev yolu sülhməramlıların bağladığını deyir, amma onlar...Ceyhun Bayramov yenilənmiş təklifin detallarını açıqlamayıb.
Azərbaycan bundan öncə, mart ayının əvvəllərində Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinspi təqdim etdiyini açıqlamışdı.
Onlar dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımaq, sərhədləri müəyyən etmək və nəqliyyat əlaqələrini bərpa etməklə bağlı olub.
Ermənistan isə öz növbəsində Azərbaycanın yeni təklifinə cavabında sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəmişdi.
Bundan sonra da tərəflərin təmasları davam edib və onlar öz mövqelərini ifadə ediblər.
Bayramov ötən həftə də qeyd etmişdi ki, bu ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü mərhələsinin keçirilməsi mümkündür.
Azərbaycanla Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan bundan öncə ötən ay ABŞ-ın dövlət katibi Antony Blinken-nin iştirakı ilə görüşmüşdülər.
Buna da bax: Qırğızıstanda AzadlıqRadiosunun blokdan çıxarılmasına çağırış edilirDanışıqların gedişi
Azərbaycanla Ermənistan arasında ötən ilin dekabrından Brüsseldə Avropa İttifaqının vasitəsi ilə sülh danışıqları aparılır.
ABŞ-da bu prosesi dəstəkləyir. Üstəlik, Rusiya da istər bir müddət əvvəl 3 ölkə liderlərinin (Putun, Əliyev, Paşinyan) Soçi görüşü, istərsə də birbaşa təmaslarla əlavə olaraq Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda öz xətti ilə iştirak edir.
Hər iki prosesin tərkib hissəsi olaraq tərflərin sərhədlərin məyyən edilməsi ilə bağlı komissiyaları yaradılıb.
Komissiyalar artıq bu vaxta qədər bir neçə dəfə bir araya gəliblər.
Buna da bax: Parlament xarici ölkə parlamentlərinə Laçın yolundakı vəziyyətlə bağlı müraciətlər göndəribXatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.