BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü Əfqanıstanı sabit görmək istəyir. Bunu qurumun baş katibi Antonio Quterres sentyabrın 22-də Britaniya, Çin, Fransa, Rusiya və Birləşmiş Ştatların xarici işlər nazirləri ilə danışıqlardan sonra deyib.
Onun sözlərinə görə, bu beş ölkə “humanitar yardımın problemsiz və ayrıseçkiliksiz paylana biləcəyi dinc və sabit Əfqanıstan” istəyir.
Buna da bax: Taliban hökuməti genişləndirir, yenə qadınlarsız
İnklüziv hökumət
Onlar “qadınların və qızların hüquqlarının qorunduğu, terrorçuluq məkanına çevrilməyən, əhalinin bütün təbəqələrini təmsil edən inklüziv hökumətli Əfqanıstanın qurulmasını istəyirlər”, – Quterres deyib.
ABŞ-ın dövlət katibi Britaniya, Fransa və Rusiyanın xarici işlər nazirləri ilə Nyu Yorkda BMT Baş Məclisi çərçivəsində görüşüb. Çin təmsilçisi danışıqlara virtual qatılıb. Nazirlərdən heç biri mediaya açıqlama verməyib.
Britaniyanın Xarici işlər naziri Liz Truss Talibana yanaşmada birliyə ümid etdiyini bildirib.
Britaniya hazırda Təhlükəsizlik Şurasının P5 adlanan daimi üzvlərini koordinasiya edir.
Taliban ötən ay Əfqanıstana nəzarəti ələ keçirib, ABŞ və NATO qoşunları isə ölkəni tərk edib. Bundan sonra Əfqanıstanın Qərbə hücumlar planlaşdıran islamçı silahlıların sığınacağına çevriləcəyi sarıdan qorxular baş qaldırıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Çinlə Rusiyanın mövqeyi
Çinlə Rusiya Talibanın qələbəsini Birləşmiş Ştatların məğlubiyyəti kimi görüb, islamçılarla işləməyə başlayıblar. Amma onlar da Talibanın başçılıq etdiyi hökuməti tanımağa tələsmirlər.
Rusiya Prezidenti Vladimir Putin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) Əfqanıstanla bağlı dondurduğu proqramları tədricən işə salmağa çağırır.
ABŞ Əfqanıstan mərkəzi bankının aktivlərini dondurub, BVF isə Talibanın başçılıq etdiyi hökumətin resurslara çıxışını kəsib. Buraya avqustun 23-də Əfqanıstana ayrılmalı olan 500 milyon dollar da daxildir.
Buna da bax: Əfqan futbolçu qızlar Pakistana keçiblər
Çinin Xarici işlər naziri Vanq Yi Əfqanıstana iqtisadi sanksiyaları bitirməyə, ölkənin xarici valyuta ehtiyatlarını xalqın ixtiyarına verməyə, onlardan Əfqanıstana siyasi təzyiq üçün istifadə etməməyə çağırıb.
Vanq bunu sentyabrın 22-də Böyük İyirmiliyin (G20) xarici işlər nazirlərinin virtual görüşündə dilə gətirib.